Əsas Səhifə > Siyasət, Manşet > NAZİRİMİZ İRANDA ERMƏNİ NAZİRƏ NECƏ CAVAB VERİB?
NAZİRİMİZ İRANDA ERMƏNİ NAZİRƏ NECƏ CAVAB VERİB?3-09-2012, 12:23 |
TEHRANDAKI SAMMİTDƏ İKİ DÜŞMƏN ÖLKƏ ARASINDA SÖZ DUELİ OLUB DİA.AZ: - Azərbaycan və Ermənistan 26 avqust tarixində Tehranda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında üz-üzə gəliblər. Bu barədə İranın “AranNews” xəbər portalı məlumat yayıb. Məlumatlardan aydın olur ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla erməni nazir Edvard Nalbəndyan arasında ciddi polemika yaşanıb. Həmin məlumatın maraqlı olacağını zənn edib, DİA.AZ olaraq xəbəru olduğu kimi diqqətinizə çatdırırıq: “QH-nın Tehrandakı zirvə toplantısında iştirak edən Ermənistan nümayəndəsi öz çıxışında İran İslam Respublikasının Qoşulmama Hərəkatının iclasına evsahibliyi etməsinə təşəkkürünü bildirərək deyib: "Qoşulmama Hərəkatı xalqların öz talelərini təyin etməsi hüququnu həmişə dəstəkləyib. Bildiyiniz kimi bu qurum BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır". O çıxışının davamında Azərbaycan Respublikasının siyasətlərini tənqid edərək deyib: "Azərbaycan beynəlxalq müqavilələri və müqavilələrdə dərc olunmş prinsipləri tapdalayır, irqçiliyi təbliğ edir". Ermənistanın nümayəndəsi artırıb: "Biz, Qarabağ mövzusunun həllinə çalışırıq, halbuki, Azərbaycan maharibə istəyir və öz hərbi büdcəsini artırmaqdadır. Həqiqətdə bu ölkə Qoşulmama Hərəkatının iqtidarını ayaq altda qoyur". Ermənistanın xarici işlər nazirinin açıqlamalarının ardınca bu dəfə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Nalbəndiyanın çıxışına etiraz edərək deyib: "Ermənistanın Qoşulmama Hərəkatında müşahidəçi üzv olmaq ləyaqəti yoxdur və Qoşulmama Hərəkatında müşahidəçi bir üzvün bizi problemlə üzləşdirməsini qəbul edə bilmərik. Ermənistanın rəftarı göstərir ki, bu ölkənin QH-nda müşahidəçi üzv olmaq ləyaqəti yoxdur ". Azərbaycanın xarici işlər naziri deyib: "Ermənistanın xarici işlər nazirinin söhbətləri mənim ikinci dəfə çıxış etməyə icazə istəməyimə səbəb oldu". O, artırıb: "Ermənistan özü hərbi bir ölkədir və müstəqil bir ölkənin milli hakimiyyətini tənqid edir və həqiqətdə bir milyon nəfərə qarşı cinayətə mürtəkib olur". E. Məmmədyarov xatırladıb: "Ermənistanın xarici işlər nazirinin söhbətləri bizim prinsiplərimizi problemlə üzləşdirməkdir və bu əsasla QH bizim üçün ilham bağışlayan bir mənbə ola bilər və bu əsaslara tabe olmaqla, beynəlxalq prinsipləri izləməklə öz probləmlərimizi həll edə bilərik". Qeyd edək ki, Azərbaycan və Ermənistanın Qarabağ regionu üstündə ixtilafları vardır və Ermənistan təqribən 20 ildir ki, Azərbaycanın 20% torpaqlarını işğal etmişdir”. Geri qayıt |