Əsas Səhifə > Güney Press / Manşet > İRƏVANDA TƏLƏB: В«ASALANIN HƏRƏKƏT VAXTIDIRВ»
İRƏVANDA TƏLƏB: В«ASALANIN HƏRƏKƏT VAXTIDIRВ»1-09-2012, 17:23 |
![]() YEZİDİ KÜRDLƏR DƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİB ERMƏNİLƏR MACARISTANIN DÖVLƏT BAYRAĞINI YANDIRDILAR DİA.AZ: - İrəvanda Macarıstanın azərbaycanlı zabit Ramil Səfərovun təhvil verilməsinə etiraz olaraq aksiyalar keçirilir. Əsas mitinq isə Ermənistanın xarici işlər nazirliyinin qarşısında keçirilib. Bu haqda DİA.AZ erməni KİV-lərinə istinadən xəbər verir. Bildirək ki, aksiyanın təşəbbüskarı В«AyaznВ» İctimai Birliyidir. Məlumatda deyilir ki, ermənilərin aksiyalarına yezidi kürdlər də dəstək veriblər. Aksiyada iştirak edən Ermənistan Sosial-Demokrat Partiyasının Qnçakyan qanadının gəncləri В«ASALA-nın hərəkət vaxtıdırВ» şüarını əllərində tutublar. Qeyd edək ki, Macarıstanın İrəvandakı konsulluğunun qarşısında da etiraz aksiyası keçirilib və bu zaman Macarıstanın dövlət bayrağı yandırılıb. Geri qayıt |