Əsas Səhifə > Güney Press / Manşet > OLİQARXLARIN TİKİNTİ DAVASI GET-GEDƏ BÖYÜYÜR
OLİQARXLARIN TİKİNTİ DAVASI GET-GEDƏ BÖYÜYÜR1-09-2012, 17:06 |
![]() KƏMALƏDDİN HEYDƏROV PA RƏHBƏRİNDƏN QİSAS ALMAQ FİKRİNDƏDİR DİA.AZ: - Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə hücumlarını davam etdirir. 1000-ə yaxın vətəndaşın pulunu mənimsəyən "Mur Ay" şirkətinin rəhbərliyinin həbsində Ramiz Mehdiyevi günahkar hesab edən "fövqəlnazir" PA rəhbərinə qarşı eyni üsuldan istifadə etməyə çalışır. Məlumat üçün deyək ki, "Mur Ay" şirkətinin rəhbərlərindən olan Qalib Məmmədbəyli Kəmaləddin Heydərovun yaxın qohumudur. Qalib Məmmədbəylinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi, ümumiyyətlə, "Mur Ay"la bağlı cinayət işinin istintaqının DİN-də aparılması Kəmaləddin Heydərovda belə rəy yaradıb ki, baş verənlərin arxasında Ramiz Mehdiyev dayanıb. DİA.AZ “azerinews”a istinadən bildirir ki, "fövqəlnazir" bu istiqamətdə mediayaya da müxtəlif məlumatlar ötürüb. Bu, Kəmaləddin Heydərova ictimaiyyətdə Qalib Məmmədbəylinin hakimiyyətdaxili intriqaların qurbını olub. "Fövqəlnazir" hakimiyyətin birinci şəxsini də buna inandırmağa çalışır. İndi də Kəmaləddin Heydərov 270 nəfər vətəndaşı aldadan "Birlik İnşaat" MMC-ni Ramiz Mehdiyevin adına bağlamağa çalışır. Daxil olan məlumatlara görə, son günlər mətbuatda "Birlik İnşaat" barədə ardıcıl məlumatların dərci bunun təzahürüdür. "Fövqəlnazir" hələlik məsələni daha da dramatikləşdirməyib. Yəni, yazılarda bu şirkətin birbaşa Ramiz Mehdiyevə bağlı olduğu qeyd olunmayıb. Lakin müəyyən eyham vurulub. Məsələn, məlumatlarda qeyd edilir ki, Nərimanov Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev və Milli Televiziya və Radio Şurasının sədri Nuşirivan Məhərrəmli bu şirkətin arxasında dayanan şəxslərdir. Hər iki şəxs "Birlik İnşaat"ın rəhbəri Elman Tağıyevin qohumu kimi göstərilir. Nuşirəvan Məhərrəmlinin Ramiz Mehdiyevin çevrəsinə daxil olduğu sirr deyil. Muradəli Babayevə gəlincə, o daxili işlər naziri Ramil Usubovun kadrıdır. Ramil Usubovun Ramiz Mehdiyevlə eyni komandada olması isə təzə xəbər deyil. Məlumatlarda bu iki şəxsin adının xüsusi qabardılması "Birlik İnşaat"ı Ramiz Mehdiyevlə bağlamağa hazırlıq cəhdidir. Güman ki, növbəti məlumatlarda birbaşa Ramiz Mehdiyevin adı çəkiləcək. Digər tərəfdən "Birlik İnşaat"ın rəhbəri Elman Tağıyev azadlığa buraxılıb. Amma "Mur Ay"ın rəhbərliyi hələ də həbsdədir. Kəmaləddin Heydərovun tapşırığı bu məqam yazılarda xüsusi vurğulanmalıdır. "Mur Ay"ın çəkilmədən Elman Tağıyevin hansı əsaslarla azad edildiyi təftiş olunmalıdır. Geri qayıt |