Əsas Səhifə > Siyasət, Manşet > 15 SENTYABRDA TARİXİ GÖRÜŞ OLUB

15 SENTYABRDA TARİXİ GÖRÜŞ OLUB


30-10-2011, 13:21
15 SENTYABRDA TARİXİ GÖRÜŞ OLUB

AYAZ MÜTƏLLİBOVLA RAMİZ MEHDİYEV BİR ARADA

DİA.AZ: - Keçmiş prezident Ayaz Mütəllibovla bağlı redaksiyamıza çox ilginc məlumat daxil olub. Bildirək ki, hələ də bu xəbərin dəqiqliyi ilə bağlı heç bir əlavə bilgilər əldə edə bilməmişik. Lakin faktın maraqlılığını nəzərə alaraq onu diqqətinizə çatdırırıq.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) Nazirlər Kabinetindəki mötəbər qaynaqlardan sızan informasiyada bildirilir ki, sentyabr 18-nə qədər Bakıda olan keçmiş prezident vətəndə qaldığı müddət boyunca rəsmi Bakını təmsil edən onlarla şəxslə görüşüb. Ki onların arasında da ən çox diqqətçəkəni Ayaz Mütəllibovla Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görüşüdür.

Bildirək ki, mərhum prezident Heydər Əiyevin kadrı olan Ramiz Mehdiyev 1988-ci ildə Azərbaycan SSR Kommunist Partiyası mərkəzi komitəsinin katibi vəzifəsindən məhz bu səbəbdən uzaqlaşdırıldı. Həmin etpada isə ilkin dövr üçün Əbdürrəhman Vəzirov, sonradan isə Ayaz Mütəllibov Azərbaycanı idarə etsə də, Ramiz Mehdiyev yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 1994-cü ilin fevralından etibarən dövlət idarəçiliyinə təkrar olaraq gətirildi. Həmin tarixdə mərhum prezident Ramiz Mehdiyevi Prezident Aparatına şöbə müdiri, bir ildən sonra isə rəhbər təyin etdi.

Bir sözlə, Mütəllibovla tamam əks qütbdə olan Ramiz Mehdiyevin hələ o zamanlar sabiq dövlət başçısı ilə münasibətlərinin gərgin olduğu söylənilir. Amma buna baxmayaraq, mənbəmiz qeyd edir ki, Ramiz Mehdiyev keçmiş prezidentin oğlu Azad Mütəllibovun vəfatı münasibətilə Ayaz Mütəllibova başsağlığı da verib.

15 SENTYABRDA TARİXİ GÖRÜŞ OLUB

Mənbəmiz bildirir ki, onların arasandı 15 sentyabr tarixində görüş olub. Cümə axşamı münasibətilə PA rəhbəri Mütəllibova üzüntüllərini çatdırıb: «Amma əsas məsələ bu iki şəxsin görüşü ilə bağlıdır. Çünki həmin görüşdə PA rəhbəri keçmiş prezidentə vətənə dönə bilməsi üçün hər cür şəraitin yaradılacağını söz verib».

Onu da bildirək ki, Ramiz Mehdiyev Azərbaycanda «Rusiyanın bir nömrəli adamı» kimi təqdim olunur. Mütəllibov da Rusiyanın himayəsi altında olan bir Azərbaycan siyasətçisidir. Və son məlumatların mahiyyətində də bildirilir ki, Mütəllibovun dönüşü ilə bağlı tədarük işləri Mehdiyevə həvalə edilib.

Geri qayıt