Əsas Səhifə > Hadisə > QƏZANIN GÜNAHKARLARI ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİDİR

QƏZANIN GÜNAHKARLARI ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİDİR


1-09-2012, 13:57
QƏZANIN GÜNAHKARLARI ZİYA MƏMMƏDOVUN İŞÇİLƏRİDİR

RƏSMİ MÖVQE BELƏDİR

Bu gün nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə ölkənin nəqliyyat sektorunda təhlükəsizliyin təmin olunması vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-ECONOMİCS”-ə verdiyi məlumata görə, cəmiyyətin böyük akt zalında keçirilən tədbirə nazirliyin müvafiq qurumlarının, eləcə də özəl daşıyıcı şirkətlərin nümayəndələri qatılıb.
Tədbiri giriş sözü ilə açan nazir müavini Musa Pənahov bildirib ki, 31 avqust 2012-ci ildə Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/96 saylı sərnişin qatarı Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində, Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07-30-da təyin olunmuş sürətlə hərəkət edərkən keçidi keçməyə cəhd göstərən «DAEWOO» markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində sərnişinlər arasında ölənlər və xəsarət alanlar var. İlkin araşdırmalara görə hadisənin baş verməsinə Nəqliyyat Nazirliyinin iki struktur bölməsi işçilərinin səhlənkarlığı, işə qeyri-ciddi münasibəti səbəb olub.

Nəqliyyat Nazirliyinin nəqliyyatda təhlükəsizlik şöbəsinin rəisi Kazım Şərifov müşavirə iştirakçılarına mövzu ilə bağlı geniş məlumat verərək, 2011-ci ildə və 2012-ci ilin ötən səkkiz ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilini nəzərə çatdırıb.

Sonra M. Pənahov nəqliyyat sektorunda təhlükəsizliyin təmin olunması sahəsində ciddi dönüş yaradılması barədə müvafiq rəhbər işçilərə tapşırıq və tövsiyələrini verib.

Geri qayıt