Əsas Səhifə > Siyasət, Manşet > TİKİNTİ ŞİRKƏTİNİN RƏHBƏRİ VƏTƏNDAŞI DÖYÜB
TİKİNTİ ŞİRKƏTİNİN RƏHBƏRİ VƏTƏNDAŞI DÖYÜB1-09-2012, 13:54 |
“ANT” MTK-NIN ŞEFİ AZAD İBRAHİMOV “YUXARIDA” KİMLƏRƏ GÜVƏNİR? DİA.AZ: - Bakıda mənzil tikintisi ilə məşğul olan bəzi tikinti şirkətlərinin bir qismi Azərbaycan qanunlarını və bu qanunlarla hüquqları qorunan payçılara problem yaratmırlar. Lakin son bir neçə ildə MTK-lar tərəfindən baş verən bəzi dələduzluq halları, xüsusən də payçıların aldadılması, vətəndaşların pulunun ələ keçirilməsi ilə tikilən mənzillərin bir neçə adama satılması və s. kimi qanuna zidd hərəkətlər artıq məhkəmə orqanlarını da bezdirib. İşi məhkəmələrdə olan, rəhbərləri həbs edilən bu tip MTK-lardan Allah hamını qorusun. Söhbətimizin mövzusu fərqli olduğundan diqqəti ona çəkək ki, bəzən MTK payçılara gələcək sakin kimi deyil, ələ keçmiş qaz kimi baxırlar. Yəni, ələ keçdi, dərhal yol burax! Amma dövlətin qanunları da sərtdir və yeri gələndə cəzadan heç bir yolla qaçmaq mümkün deyil. Redaksiyamıza daxil olan şikayət məktubundan aydın olur ki, “ANT" MTK rəhbərliyi də fırıldaq yolunu tutaraq sakinləri aldatmaqla məşğuldur. DİA.AZ-a bu barədə yazan narazı vətəndaşlar qeyd edirlər ki, onlar öz haqqlarını tələb etsələr də, şirkətin rəhbəri Azad İbrahimov nəinki onlara ya ödədikləri pulu qaytarmır və yaxud da onları evlə təmin etmir, əksinə “mənin yuxarıda böyük adamlarım var” deyib haqqını tələb edən vətəndaşları hətta döyməyindən də qalmır. Xatırladaq ki, kifayət qədər ciddi dövlət layihələrinin inşasını həyata keçirmiş “ANT” MTK ilə bağlı əvvəldən də narazılıq var idi və bu barədə sizləri məlumatlandırmışdıq. Son qalmaqallı olayla bağlı isə redaksiyamız tərəfindən araşdırmalar aparıldığından daha dolğun məlumatları yaxın günlərdə diqqətinizə çatdıracağıq. Bizi izləyin... Geri qayıt |