Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV ADAMINI NİYƏ DANLAYIB?

RÖVNƏQ ABDULLAYEV ADAMINI NİYƏ DANLAYIB?


1-09-2012, 13:24
RÖVNƏQ ABDULLAYEV ADAMINI NİYƏ DANLAYIB?

KEÇMİŞ MTN-Çİ RƏŞAD ƏLİYEVİN ÖZFƏALİYYƏTİ BAHA BAŞA OTURDU

DİA.AZ: - Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyev yenidən gündəmə gəlib. Xatırladaq ki, bu günlərdə ARDNŞ Tİ-nin əməkdaşları tərəfindən Sulutəpədəki söküntü zamanı vəhşicəsinə döyülmüş jurnalist İdrak Abbasov hələ də təqib olunduğunu bildirib. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, bu işdə birmənalı olaraq əsas maraqlı tərəf məhz Rəşad Əliyevdir.

Xatırladaq ki, keçən il Rəşad Əliyevin başı ciddi şəkildə ağrısa da, Rövnəq Abdullayev adamını qoruya bilmişdi. Söhbət Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin 8 əməkdaşı rüşvət üstündə həbs olunmasından və bui şin Rəşad Əliyevə qədər uzanmasından gedir. Amma ciddi imkanlara və uzun ələ malik olan Rövnəq Abdullayev adamını qorumağa müvəffəq oldu.

Xatırladaq ki, bir müddət əvvəl ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin güc strukturlarından birinə, konkret olaraq Daxili İşlər Nazirliyinə nazir müavini postuna gətirilmə xəbəri yayılmışdı. Bu barədə yazan «Unikal» qəzetinin məlumatına görə, Rəşad Əliyevin DİN-ə nazir müavini gətirilməsi planı təsaadüfi deyil: «Bundan sonra ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisinin nazir postuna təyin edilməsi nəzərdə tutulub».

Onu da bildirək ki, Rəşad Əliyev bir zamanlar Milli Təhşlükəsizlik Nazirliyinin strukturlarında çalışıb. Həmin ərəfədə böük çevrə qazanan Rəşad Əliyev 2005-ci ilin parlament seçkilərində o zamanlar Bakı Neft Emalı Zavodunun direktoru olan Rövnəq Abdullayevin seçki qərargahının rəhbəri olub.

Rövnəq Abdullayev ARDNŞ-ə rəhbər təyin olunduqdan sonra həmin dönəmdə rəsmi qeydlərdə «işsiz» kimi görsənən Rəşad Əliyev ARDNŞ Təhlükəsizlik İdarəsinə rəis təyin olunur. Və bu vaxt mətbuat Rövnəq Abdullayevin Rəşad Əliyevi parlament seçkilərindəki xidmətlərinə mükafatlandırdığını yazırdı.

Rəşad Əliyevin doğma qardaşı Rüstəm Əliyev isə «AntennFM» radiosunun rəhbəri idi və bir müddət əvvəl tutduğu postundan uzaqlaşdırıldı. Onun xalası qızı olan Sədaqət Vəliyeva isə son parlament seçkilərində «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun rəqibi kimi iştirak edərək mandat qazanıb.

Bir sözlə, hazırda kifayət qədər böyük imkanlara və əlaqələrə malik olan Rəşad Əliyevin yüksəliş dövrü yaşadığı aydındır. Və belə bir iqtidar sahibi olan Rəşad Əliyev özünü o qədər müstəqil və qüdrətli hiss edib ki, hətta bir jurnalisti təqib etdirərək, ona qarşı təxribat belə hazırlamaqdadır.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbələrin sözlərindən belə aydın olur ki, amma Rəşad Əliyevin bu özfəaliyyəti heç də «yuxarıların» ürəyincə olmayıb və İdrak Abbasovun baş verənləri ictimailəşdirməsinin ardından Rəşad Əliyevə xəbərdarlıq edilib: «Məsələyə yuxarı instansiyalardan reaksiya verildiyndən Rövnəq Abdullayev Rəşad Əliyevə özünü yığışdırması barədə göstəriş verib».

Mənbə iddia edir ki, hətta ARDNŞ şefi Rəşad Əliyevi danlayıb da.

Geri qayıt