Əsas Səhifə > Güney Press, Araşdırma > FHN ŞEFİNDƏN ZİYA MƏMMƏDOVU “VURUN” ƏMRİ GƏLDİ

FHN ŞEFİNDƏN ZİYA MƏMMƏDOVU “VURUN” ƏMRİ GƏLDİ


1-09-2012, 12:21
FHN ŞEFİNDƏN ZİYA MƏMMƏDOVU “VURUN” ƏMRİ GƏLDİ

NAZİRLƏRARASI SAVAŞ BÖYÜYÜR

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasındakı ziddiyyətlər yenidən açıq müstəviyə keçib. Xatırladaq ki, Kəmaləddin Heydərovla Ziya Məmmədovun münasibətləri çoxdandır soyuqdur. Səbəb isə bu iki oliqarx məmurun biznes maraqlarının toqquşmasıdır. Lakin Kəmaləddin Heydərovla Ziya Məmmədovun münasibətlərindəki gərginlik o qədər də açıq şəkildə özünü biruzə vermirdi. Son günlər isə nazirlər arasındakı ziddiyyətlər daha da kəskinləşdiyindən savaş açıq müstəviyə keçib.

“AzeriNews.org”a daxil olan məlumatlarda bildirilir ki, "Fövqəlnazir" yaxın çevrəsinə Ziya Məmmədovu "vurmaq"ı tapşırıb. Bura inzibati strukturlardan tutmuş media quruluşlarına qədər hamısı aiddir. Artıq Kəmaləddin Heydərova yaxın mediayada Ziya Məmmədovun “vurulması” kampaniyası bu yaxınlarda başlanılması planlaşdırılır. Yeni salınan yolların dağılması, körpülərin, keçidlərin keyfiyyətsizliyi və s. bu kimi bu mövzular "fövqəlnazir"in nəzarətində olan medianın başlıca mövzusuna çevriləcək. Məlumatlara görə, Kəmaləddin Heydərov telekanllarda da Ziya Məmmədovun "vurulması"nın təşkil etmək niyyətindədir. Onu da qeyd edək ki, "fövqəlnazir" bütün cəbhə boyu Ziya Məmmədova qarşı hücuma keçməkdə israrlıdır. Yəni, təkcə Ziya Məmmədov deyil, həmçinin onun çevrəsi də hədəf götürülüb.

“AzeriNews.org”a daxil olan məlumatlara görə, Ziya Məmmədov da "fövqəlnazir"ə cavab zərbələri endirməyə hazırlaşır. Bildirilir ki, nəqliyyat naziri Kəmaləddin Heydərov barədə ilginc komparamatlar toplayaraq mətbuata ötürmək niyyətindədir.

Məlumatlı mənbənin sözlərinə görə, Kəmaləddin Heydərovun Ziya Məmmədovla arasındakı ziddiyyətləri alovlandırmasının kökündə ikincinin artıq güclü fiqura çevrilməsi dayanıb. Mənbənin sözlərinə görə, "fövqəlnazir" nəqliyyat nazirinin güclənməsini və hakimiyyət komandasında söz sahibinə çevrilməsini artıq həzm edə bilmir: "Bununla yanaşı Ziya Məmmədovun rəhbərlik etdiyi sahə ən gəlirli və həmçinin maliyyə böhranının ciddi təsir etmədiyi bir sahədir. Bu isə nəqliyyat nazirinin iqtisadi cəhətdən sürətlə güclənməsinə gətirib çıxarıb. Bu isə onsuz da Ziya Məmmədovla maraqları toqquşan Kəmaləddin Heydərovu narahat etməyə bilməz. Bu baxımdan da "fövqəlnazir" bütün resurslarını səfərbər edərək nəqliyyat nazirinə qarşı hücuma keçib".

Geri qayıt