Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: ERMƏNİSTAN MACARISTANI TƏHDİD EDİR

ŞOK: ERMƏNİSTAN MACARISTANI TƏHDİD EDİR


1-09-2012, 11:48
ŞOK: ERMƏNİSTAN MACARISTANI TƏHDİD EDİR

ERMƏNİSTANIN ƏDLİYYƏ NAZİRİ HƏMKARINI İSTEFAYA ÇAĞIRDI

DİA.AZ: - Ramil Səfərovun azadlığı nəinki Ermənistanı qarışdırıb, hətta qədim hunların diyarı olan Macarıstanla İrəvanın münasibətlərini gərgin həddə çatdırıb. DİA.AZ-ın əcnəbi KİV-lərdən əldə etdiyi məlumatdan aydın olur ki, Ermənistanın ayrı-ayrı lobbi təşkilatları Macarıstan dövlətini hədələməkdədir və hətta bu ölkəyə qarşı terrorun ediləcəyi belə istisna deyil.

Bu arada erməni mətbuatı isə düşmən ölkənin ədliyyə naziri Qrayr Tovmasyanın adından bir açıqlama yayıb. Məlumatda deyilir ki, macarıstanlı həmkarı Tibor Navraçiçə məktub yollayaraq, onu istefa verməyə çağırıb.

Erməni nazirin məktubunda deyilir: «Mən Macarıstanın ədliyyə nazirinin səmimiyyətinə inanmıram. O, istənilən halda Azərbaycandan təminat almalı idi ki, Ramil Səfərov öz ölkəsində cəzasını çəkməyə davam edəcək. Amma bunun özü belə heç bir rol oynamayacaqdı. Çünki illərdir Ramil Səfərov öz ölkəsində, hətta dövlət rəhbərliyi tərəfindən belə qəhrəman kimi təbliğ olunur».

Daha sonra Ramil Səfərovun azadlığa buraxılmasından bərk əndişə keçirdiklərini gizlətməyən erməni nazir yazır: «Mən sizin yerinizə olsaydım, istefa verərdim».

Geri qayıt