Əsas Səhifə > Güney Press / Manşet > GÖZƏL MƏNZƏRƏ: ERMƏNİLƏRİN QANI QARALIB

GÖZƏL MƏNZƏRƏ: ERMƏNİLƏRİN QANI QARALIB


31-08-2012, 16:36
GÖZƏL MƏNZƏRƏ: ERMƏNİLƏRİN QANI QARALIB

DİA.AZ: - Azərbaycan ordusunun zabiti Ramil Səfərovun vətəninə qaytarılaraq, prezident İlham Əliyev tərəfindən dərhal əfv edilməsi və onun bir erməni dığasının qətlinə görə öz vətənində hətta bir saatlıq belə məhbəs həyatı yaşamaması düşmən Ermənistanda böyük səs-küyə nədən olub.

DİA.AZ-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərdən aydın olur ki, Çiçəklənən Ermənistan Partiyası Ramil Səfərovun Azərbaycana verilməsinə görə Serj Sərksiyanı istefaya çağırıb. Bu barədə açıqlama verən erməni partiyasının sözçüsü Naira Zöhrabyan baş verənləri erməni milləti üçün təhqir adlandırıb: В«Ermənilər bu məsələdə bir millət olaraq aşağılandı. Azərbaycan üçün bir presedent yarandı ki, onlar istənilən beynəlxalq tədbirdə istənilən ermənini öldürüb, sonra da azad oluna bilərlərВ».

Geri qayıt