Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTİÇİ TƏMİZLƏMƏLƏR BAŞLAYIR

HAKİMİYYƏTİÇİ TƏMİZLƏMƏLƏR BAŞLAYIR


31-08-2012, 12:44
HAKİMİYYƏTİÇİ TƏMİZLƏMƏLƏR BAŞLAYIR

YAP İQTİDARININ ŞOK «MƏXMƏRİ İNQİLAB» İDEYASI PLANI İŞƏ DÜŞÜR

DİA.AZ: - 2013-cü il prezident seçkiləri ərəfəsində hakimiyyət məxməri inqilab ideyasını gerçəkləşdirəcək. Bu şok xəbəri redaksiyamıza hökumət içindəki mötəbər mənbələr ötürüb. Xəbəri DİA.AZ-a verən qaynaq iddia edir ki, rəsmi Bakı 2005-ci ilin 17 oktyabr hadisələrindən də səs-küylü bir planın icrası qərarındadır. Məlumata görə, hətta bu gün bəziləri üçün «toxunulmaz qüdrətli güc sahibləri» hesab olunan oliqarx-məmurlar belə «məxməri inqilab» planının qurbanları olacaq.

Kimdir onlar? Bu barədə danışan qaynaq iddia edir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nəqliyyat naziri Ziya Məmmədov belə bu qurbanların içində yer ala bilər: «Bir neçə şaxəli plan hazırlanıb. 2005-ci il olaylarının bənzəridir. O zamanda Ramiz Mehdiyev-Kəmaləddin Heydərov proseslərin qalib cütlüyünə çevrildilər. İndi isə hakimiyyət içində son -zamanlar qüdrətlənən yeni güc mərkəzi bütün prosesləri yönəltməkdədir və qalib tərəf də məhz həmin istiqamət olacaq».

Mənbəmiz iddia edir ki, son zamanlar bank, tikinti, ərzaq bazarı sektorunda baş verən dəyişikliklər də məhz həmin dönəmə tədarük kimi dəyərləndirilməlidir: «Fərhad Əliyevlə Əli İnsanov həbs olunana qədər keçmiş iqtisadi inkişaf nazirinin əlində cəmləşən iqtisadi qüdrət tari-mar edildi. İndii də eynən həmin dövrün ərəfəsində yaşanılanlar baş verməkdədir. Kəmaləddin Heydərov - dünənə qədər inşaat sektorunun fövqəlgücü hesab olunan nazirimiz bu gün küncə qısılmış vəziyyətdədir. Ziya Məmmədovun qazandığı pullar dövlət layihələrinə cəlb olunur. Dövlət büdcəsində pulayırmalar yalnız kağız üzərindədir və bütün dövlət layihələrinin icrası oliqarx-məmurların hesabına həyata keçirilir».

Bütün bunların böyük təlatümlərə yol açmayacağını bildirən mənbəmiz baş verənlərin ciddi hesablamalara uyğun şəkildə həyata keçirildiyini də vurğuladı.

Geri qayıt