Əsas Səhifə > Hadisə, Manşet > MƏTBUAT ŞURASI BURAXILA BİLƏR

MƏTBUAT ŞURASI BURAXILA BİLƏR


29-10-2011, 16:32
MƏTBUAT ŞURASI BURAXILA BİLƏR

ARTIQ VƏZİYYƏT KRİTİK HƏDDƏDİR; AMAŞOVA QARŞI SƏRT MÜNASİBƏT

DİA.AZ: - Məlum olduğu kimi, dünən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı korrupsiyaya qarşı mübarizə əməkdaşları tərəfindən saxlanıldı. Və deputat Gülər Əhmədovanın şikayəti əsasında onun barəsində cinayət işi açıldığı elan edildi. Məlum oldu ki, Nəsimi rayon məhkəməsi tərəfindən Əvəz Zeynallı barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Bütün bunlarla bağlı redaksiyamıza məlumat verən hakimiyyət içindəki qaynaq bildirir ki, baş vermiş olay əslində hakim düşərgənin özü üçün də arzuolunmazdır. Bu barədə Prezident Administrasiyasındakı qaynağın «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) söylədikləri:

«Hakimiyyətə elə bu gün səhərdən etibarən təzyiqlər başlayıb. Hətta ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza prezident İlham Əliyevə müraciət də ünvanlayıb. Və rəsmi Bakıdan baş redaktorun həbsi ilə bağlı izahat istəyib».

Mənbə bildirir ki, vəziyyətin bu həddə çatmasının əsas səbəbkarlarından biri kimi diqqətə gələn Mətbuat Şurasında da atmosfer çox gərgindir. Çünki artıq bu qurum sözün əsl mənasında mətbuatın qəssabına çevrilib. Əsl missiyası dövlət aparatı ilə, cəmiyyətlə mətbuat arasında körpü rolunu oynamaq olan Mətbuat Şurası bu gün qəzetlərin və qəzetçilərin qəniminə çevrilib ki, bu səbəbdən də Mətbuat Şurasına çox ciddi ictimai qınaq var.

«Təbii ki, belə situasiya hakimiyyətin də işinə yaramır» deyən mənbə iddia edir ki, əslində Mətbuat Şurası hakimiyyətə daha çox etibarlı imici ilə lazımdır: «Elə buna görə də «yuxarılar» Mətbuat Şurasının rəhbərliyinin yenidən formalaşdırılması qərarını veriblər və qurum bu günlərdə buraxıla bilər».

Geri qayıt