Əsas Səhifə > Güney Press / Manşet > SAKİNLƏR: ƏHMƏD MUXTAROVA BATAN OLMAYACAQ?

SAKİNLƏR: ƏHMƏD MUXTAROVA BATAN OLMAYACAQ?


30-08-2012, 17:32
SAKİNLƏR: ƏHMƏD MUXTAROVA BATAN OLMAYACAQ?

HACIQABUL CAMAATI İCRA BAŞÇISININ ƏLİNDƏN DAD DEYİR

DİA.AZ: - Toxunulmaz icra başçılarından biri kimi tanınan Hacıqabul rayonunun rəhbəri Əhməd Muxtarov yuxarıdakı himayədarlarına güvəndiyindən bu gün hətta yüksək ranqlı məmurların belə xahişlərini qulaqardına vurur. Bu məlumatı redaksiyamıza Hacıqabuldakı qaynaqlar veriblər.

DİA.AZ-a müraciət edən bir qrup Hacıqabul rayon sakininin sözlərindən belə aydın olur ki, icra başçısı istədiyi ərazini ələ keçirir və istədiyi qiymətə satır. Hətta bu günlərdə qanuni sənədlə başqa bir vətəndaşın adına olan ərazi də Əhməd Muxtarovun adamları tərəfindən mənimsənilərək satışa çıxarılıb.

Sakinlər bildirir: В«Həmin şəxs əslən Hacıqabuldan olsa da, ona məxsus olan 20 sotluq əraziyə başçının gözü düşüb və tələsik surətdə saxta sənədlər hazırlayaraq həmin ərazini satıblarВ».

Onu da bildirək ki, Əhməd Muxtarovun torpaq maxinyasiyaları ilə bağlı redaksiyamıza ilginc faktlar daxil olub və yaxın günlərdə diqqətinizə çatdıracağıq. Sakinlər bildirir ki, onlar başlarına açılan oyunlarla bağlı dəfələrlə Prezident Administrasiyasına və müxtəlif dövlət qurumlarına müraciət etsələr də, şikayətlərinə səs verən olmayıb: В«Biz başa düş bilmirik ki, hansı ölkədə yaşayırıq. Əhməd Muxtarova batan olmayacaq? Belə də özbaşınalıq olar?В»

Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləyin…

Geri qayıt