Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCAN SURİYA MÜXALİFƏTİNƏ YARDIM EDİR
AZƏRBAYCAN SURİYA MÜXALİFƏTİNƏ YARDIM EDİR30-08-2012, 16:34 |
![]() BU ABSURD İTTİHAM FARS-MOLLA MƏTBUATINDA YER ALIB DİA.AZ: - Uzun müddətli fasilədən özünün antiAzərbaycan fəaliyyəti ilə diqqətə gələn, fars-molla rejiminin əsas təbliğat maşınlarından biri hesab olunan В«arannyusВ» portalı öz fəaliyyətini bərpa edər-etməz yenə də ənənəvi xəttinə sədaqət nümayiş etdirməyə başlayıb. Ki, bunun da nəticəsində hədəfə alınanı Azərbaycan dövləti və Azərbaycan türküdür. Xatırladaq ki, В«Avroviziya-2012В» mahnı yarışması ərəfəsində mola mətbuatı ölkəmizin və millətimizin, həmçinin Azərbaycanın dövlət rəhbərliyinin ünvanına müxtəlif hədyanlar və söyüşlər yağdırdı. Bu dəfə isə В«arannyusВ» portalı Azərbaycan dövlətini Suriya müxalifətinə yardım göstərməkdə ittiham edir və bildirilir ki, rəsmi Bakı suriyalı В«terrorçularaВ» (qeyd: Mola mətbuatı və həmçinin mollaların təsiri altında olan Azərbaycanın bəzi mətbu orqanları Suriya müxalifətini terrorçu kimi qələmə verir - red.) 500 min avro həcmində yardım göstərməyə razılıq verib. Hər halda Azərbaycan tərəfinin bu kimi böhtanlara vərdiş etdiyini bildiyimizdən, rəsmi cavabın olmayacağı şübhəsizdir. Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: В«Türk mənbələri: Azərbaycan dövləti Ankaranın təklifinə cavab olaraq Suriya terrorçularına 500 min avro yardım etməyə razılıq verdi. “AranNews”-in Türkiyə mənbələrinə istinadla verdiyi məlumatına əsasən, Suriya ermənilərinin işğal edilmiş Qarabağ torpaqlarına köçürülməsinin qarşısını almaq məqsədilə Türkiyə rəsmiləri Azərbaycan dövlətini inandırıblar ki, bu planın qarşısını almaq üçün Bakının Bəşər Əsədin müxaliflərini dəstəkləməsi zəruridir. Türkiyə mənbələrinə əsasən, Bakı ilk mərhələdə Suriya müxaliflərinə 500 min avro verməsinə razılıq verib və bu məbləğin Türkiyə vasitəsilə müxaliflərə çatdırılması qərarlaşıb. Lakin, Bakı terrorçulara yardımda iştirak etməyin məxfi qalmasını şərt edib. Qeyd edək ki, son həftələrdə Bakı mediası Ermənistan dövlətinin himayəsi ilə Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsini iddia edir. Bir müddət əvvəl Ərəbistanda Ali-səud ailəsi və Qətər hakimi Suriya terrorçularına maddi yardım etdiklərini açıqlamışdılar.В» Geri qayıt |