Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏT HƏLƏ DƏ ƏLİ İNSANOVDAN QORXUR

HAKİMİYYƏT HƏLƏ DƏ ƏLİ İNSANOVDAN QORXUR


30-08-2012, 16:10
HAKİMİYYƏT HƏLƏ DƏ ƏLİ İNSANOVDAN QORXUR

KEÇMİŞ NAZİR SEÇKİ ƏRƏFƏSİNDƏ FƏALLAŞMAQ NİYYƏTİNDƏDİR

DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirdik ki, keçmiş səhiyyə naziri Əli İnsanovun prezidentliyə namizədliyini irəli sürən yeni bir təşkilat - Qərbi Azərbaycanlıların Böyük Birliyi adlı bir qurum peyda olub. Xəbərimizdə onu da vurğulamışdıq ki, yeni təşkilat Əli İnsanovu müdafiə etməklə yanaşı, gələnilki seçkilərdə onun iştirakının təmini uğrunda da mübarizə aparacağını bəyan edib.

Təbii ki, belə bir rezonans doğuran xəbərin iqtidara aid təbliğat maşını üçün heç də münasib olmadığı ilk baxışdan aydın idi. Və cavab atəşi gözlənilirdi, oldu da. Bu məlumatımızın üstündən çox keçmədi ki, KİV-lərdə В«Əli İnsanov əfv ərizəsi yazıbВ» başlığı ilə xəbər yayıldı. Əslində bununla keçmiş nazirin aşağılanmasının nəzərdə tutulduğu gün kimi aydın idi. Çünki buna qədər də bu kimi В«xəbərlərəВ» Əli İnsanov cəbhəsindən çox sərt reaksiya verilmişdi.

Bu dəfə də belə oldu. Vəkili vasitəsilə cəmiyyətə öz mövqeyini təkrarən yollayan Əli İnsanov sərt formada bildirdi ki, o, əfv ərizəsi yazmayıb, yazmayacaq və belə bir fikri yoxdur da…

Nə baş verir? Bütün bunları redaksiyamıza şərh edən hökumət içindəki qaynaq bildirir ki, əslində hakimiyyət üçün Əli İnsanov hələ də təhlükə mənbəyi olaraq qalmaqdadır: В«Əli İnsanov hələ də Qərbi Azərbaycanlılar arasında böyük reytinqə malik bir fiqurdur və onun bir çağırışı ilə ən azından minlərlə insan hərəkətə keçə bilər. Belə bir şəraitdə keçmiş nazirlə bağlı bütün məqamlar В«yuxarılarВ» tərəfindən xüsusi həssaslıqla dəyərləndirilirВ».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, Əli İnsanov həqiqətən də 2013-cü ilin prezident seçkiləri ərəfəsində fəallaşacaq: В«Bu, bütün parametrrləri ilə hiss olunmaqdadır. Keçmiş nazirin başqa bir şansı da yoxdur və bütün beynəlxalq təşkilatların diqqətinin Azərbaycana yönəldiyi bir ərəfədə Əli İnsanovun və onun tərəfdarlarının aparacağı hansısa kampaniya ciddi effekt verə bilərВ».

Geri qayıt