Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: HANSI NAZİR NARKOTİKA ALUDƏÇİSİDİR?

ŞOK: HANSI NAZİR NARKOTİKA ALUDƏÇİSİDİR?


30-08-2012, 15:02
ŞOK: HANSI NAZİR NARKOTİKA ALUDƏÇİSİDİR?

DİA.AZ-IN AZƏRBAYCANDAKI NARKOMAFİYA ARAŞDIRMASI DAVAM EDİR

DİA.AZ: - Keçən günlərdə Azərbaycanda fəaliyyətdə olan narkomafiya ilə bağlı ilginc faktları diqqətinizə çatdırmışdıq. Bildirmişdik ki, bu gün Azərbaycanın adı əgər bir yandan narkotranzit ölkə kimi hallandırılırsa, digər yandan da narkotika asılılığının ölkəmizdə populyar bir vərdişə çevrilməsi də ənənəvi ittihamlardan birinə çevrilib. Bunun nəticəsidir ki, ayrı-ayrı beynəlxalq qurumlar Azərbaycan dövlətinin ünvanına narkomaniyanın geniş yayılması ilə bağlı iradlarını intensivləşdiriblər.

Təbii ki, burada daha çox sıradan vətəndaşların deyil, həm də məmurların narkomanlığı söz konusuna çevrilib. Yəni söhbət heç də günü-gündən artmaqda olan statistik göstəricilərdən getmir. Yəni məşhur ifadədə deyildiyi kimi, «bir nəfər ölürsə faciədir, daha artıq adam ölürsə statistika»… İndi Azərbaycana səslənən iradlar da statistik göstəricilərdən daha çox məhz məmur düşərgəsində hökm sürən faciəvi durumla əlaqədardır.

DİA.AZ olaraq bu istiqamətdə apardığımız araşdırmalardan aydın olur ki, məmurlarımızın xeyli hissəsi bu gün narkotikdən istifadə edirlər. Hər halda, düşünəcəksiniz ki, belə bir kefli həyatı sürən hər kəs başına macəra axtarar. Eynən bu şəkildədir. Başlarına macəra axtaran əksər məmurlarımız hətta özləri üçün narkokuryerlər də tutublar.

Xatırladaq ki, bir müddət əvvəl böyük səs-küyə nədən olmuş bir hadisə yaşandı, Aralarında məmur övladlarının da olduğu narkomanlara narkotik satan bir çete aşkarlandı.

Redaksiyamızın apardığı araşdırmalar zamanı müəyyən edə bildik ki, konkret olaraq bir nazirimiz bu gün əlindəki pulları məhz narkotikə xərcləməkdədir. Həmin şəxsin kimliyini yaxın günlərdə açıqlayacağıq və sadəcə olaraq, əlimizdə onunla bağlı konkret dəlilin olmasını gözləyirik. Məlumatlı dairələr məmurumuzun narkokuryerlə görüşünü əks etdirən real fotonu da redaksiyamıza çatcıracaqlar.

Bildirək ki, həmin nazirimiz «maraqlı vodka», «yaxşı çaxır» kod adı ilə narkokuryerlərindən öz asılılıq tələbatını ödəyə bilməsi üçün narkotik almaqdadır. Mənbəmiz bildirir: «Hətta həmin nazirin narkotik satıcıları ilə şəxsən telefonla danışdığı da faktdır».

Beləliklə, diqqətlə izləyin, yaxın günlərdə DİA.AZ portalı olaraq bütün ölkədə böyük partlayış yaradacaq faktları diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt