Əsas Səhifə > Sosial, Manşet > SURƏT HÜSEYNOV ÖLKƏ PAYTAXTINA NİYƏ GƏLMİŞDİ?

SURƏT HÜSEYNOV ÖLKƏ PAYTAXTINA NİYƏ GƏLMİŞDİ?


30-08-2012, 14:34
SURƏT HÜSEYNOV ÖLKƏ PAYTAXTINA NİYƏ GƏLMİŞDİ?

KEÇMİŞ BAŞ NAZİR BİR ÇOX ÇEVRƏLƏRLƏ İLGİNC DANIŞIQLAR APARIB

DİA.AZ: - Keçmiş baş nazir, hazırda Gəncədə yaşayan Surət Hüseynovun qarşıdan gələn prezident seçkiləri ərəfəsində fəallaşma niyyətində olması barədə məlumat vermişdik. Məlumatımızda onu da bildirmişdik ki, hətta yeni siyasi təşkilat yaratmaq fikrinə də düşən Surət Hüseynov bu kimi ideyalarını həyata keçirməsi üçün keçmiş dövlət başçısı, eks-prezidentlər haqqında qanunun qəbulundan sonra Azərbaycanda yaşama hüququ əldə edən Ayaz Mütəllibovdan dəstək də istəyib.

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, belə bir ideya ilə köklənmiş keçmiş baş nazir keçən həftənin bazar günü Bakıda olub: «Bakıda bir çox çevrələrlə görüş keçirən Surət Hüseynov köhnədən ona borcu olan iki tanınmış iş adamı ilə də əlaqə saxlayıb və onlardan pulunu tələb edib».

Mənbə iddia edir ki, ən maraqlı hadisə isə Ayaz Mütəllibovla keçmiş baş nazirin görüşü olub: «Bu görüş qapalı şəraitdə keçib. Doğrudur, Mütəllibovun tərəfdarları israrla bildirirlər ki, sabiq dövlət başçısı paytaxtdakn və hətta Mərdəkandakı bağ evindən kənara çıxmayıb. Amma dağ Məhəmmədin yanına gəlmirsə, Məhəmməd dağın yanına gəlir… Surət Hüseynov Ayaz Mütəllibovun yanına gəlib və onunla qapalı şəraitdə görüşüb».

Geri qayıt