Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVA SEÇKİ ÖNCƏSİ ŞOK ZƏRBƏ
ZİYA MƏMMƏDOVA SEÇKİ ÖNCƏSİ ŞOK ZƏRBƏ30-08-2012, 12:46 |
NAZİRƏ MƏXSUS BİZNES İMPERİYASI ÇÖKDÜRÜLÜR: NAZİRİN BANKI BAĞLANIR DİA.AZ: - Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov oliqarxların təzyiqi ilə üzləşib. Redaksiyamıza daxil olan məlumatlara görə, baş bankirin hədəfə gəlməsinin birinci səbəbi son zamanlar bank sektorunda müşahidə olunan çaxnaşma ilə bağlıdır. Məlumdur ki, Mərkəzi Bank bir müddət əvvəl bir neçə bankın faəliyyətini dayandırdı ki, həmin bankların hər birinin arxasında ayrı-ayrı məmurlar dayanır. Bu barədəd danışan qaynaq iddia edir ki, MB şefinə oliqarx qəzəbinin yüklənməsinin ikinci əsas nədəni onun bir müddət əvvəl verdiyi təkliflə bağlıdır. Bu təklif bank faizlərinin aşağı salmaqla kapitalın ucuzlaşması barədədir. Elman Rüstəmov hesab edir ki, bank faizlərinin aşağı salınması və kapitalın ücüzlaşması qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi üçün vacibdir. “Bundan ilk növbədə yerli kiçik və orta müəssisələr faydalana bilər” deyə baş bankir kapitalın əsas mənbəyinin bank kreditləri olduğunu bildirib: “Biz yaxın illərdə inflyasiyanı stimullaşdırmamaqla və iqtisadi sabitliyi qorumaq şərti ilə bank faizlərini aşağı salmağı düşünürük”. Azərbaycanda bank sektorunun əhəmiyyətli hissəsi oliqarx məmurların nəzarətindədir. Ölkədə fəaliyyət göstərən əksər iri banklar Kəmaləddin Heydərov, Ziya Məmmədov kimi məmurlara məxsusdur. Elman Rüstəmovun bu təklifi isə onların maraqlarına ciddi zərbədir. Bu baxımdan oliqarx məmurlar baş bankirə qarşı birləşərək onu mövqeyindən çəkindirməyə başlayıblar. Bank sahəsi üzrə ekspertlər hesab edir ki, Elman Rüstəmov heç bir halda təklifi reallaşdıra bilməyəcək. Onların fikrincə, baş bankir israr edəcəyi təqdirdə oliqarxların ona qarşı təzyiqləri daha da şiddətlənəcək. Digər tərəfdən hakim ailə də ban sektorunda əhəmiyyətli paya malikdir. Ona görə də bu məsələdə onların Elman Rüstəmovun tərəfində dayanacaqları inandırıcı görünmür. Digər tərəfdən Elman Rüstəmov artıq özünə çox ciddi düşmənlər qazanmağa da “müvəffəq olub”. Məsələn, bu günlərdə lisenziyası ləğv edilən “Royal Bank”ın arxasında Bəylər Əyyubovun, konkret olaraq onun yaxın qohumu Robert Əyyubovun dayanması bir faktdır. Hətta Robert Əyyubovun “Royal Bank”la bağlı yaranmış borc qalmaqallarında adı da hallandırılır ki, bu da təsadüfi deyil. Belə ki, Robert Əyyubov dəfələrlə banka borcu olan ayrı-ayrı vətəndaşlarla “razborka” çürüdüb və yaxud da onun adından bu kimi qalmaqallarda istifadə olunub. Odur ki, oliqarxların hədəfində olan MB şefinin düşdüyü situasiyada özünə güvənli dəstək qazana biləcəyi o qədər də ağkabatan görünmür. Çünki Elman Rüstəmov son zamanlar iri akulaların quyruqlarını tapdayır. Və təbii ki, o, bu kimi fəaliyyətlərində müstəqil deyil və hər bir addımını siyasi hakimiyyətlə razılaşdırılmış şəkildə atır. Amma bu halda belə, yəni arxasında hakimiyyətin yuxarı eşalonunun dəstəyini hiss etdiyi şəraitdə belə Elman Rüstəmovun hədəfdən yayınması olduqca çətindir. Bildirək ki, son zamanlar bank sektorunda yaşanılan təlatümlər bəziləri tərəfindən fərqli formada izahlansa da, burada hakimiyyətiçi savaşın izlərinin apaydın şəkildə olması da nəzərdən qaçmır. Məsələn, bir çox çevrələr “Royal Bank”ın fəaliyyətinin dayandırılmasını rəsmi Bakının İrana qarşı cavab addımı kimi dəyərləndirməyə çalışdılar. Çünki 2010-cu ilin oktyabr ayında məşhur “WikiLeaks” təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə “Bank of Baku” və “XalqBank”la yanaşı “Royal Bank”ın da adı İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunurdu və qeyd olunurdu ki, bu bank da Tehrandan ötürülən çirkli pulların yuyulmasında istifadə olunan vasitələrdən biridir. Amma bütün bunlara baxmayaraq, “Royal Bank”ın lisenziyasının ləğvi heç də YAP iqtidarının İrana diş qıcaması kimin qəbul oluna bilməz. əgər rəsmi Bakı həqiqətən də fars-molla rejiminə qəzəbli idisə və “Royal Bank” məhz bu qəzəbin qurbanı olubsa, o zaman gərək aşkar surətdə İranın xüsusi xidmət orqanlarına bağlı olan “Bank of Baku” da eyni aqibəti yaşasın, yəni bu məntqilə ailə üzvlərindən biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun istefada olan generallarından olan məşhur Oromi qardaşlarına məxsus “NAB Dış Ticaret”in payçısı olduğu “Bank of Baku” “Royal Bank”da əvvəl bağlanmalı idi. Yəni bu məsələdə hansısa milli dövlətçilik faktoruna söykəniş inandırıcı deyil və imkansızdır. Hər halda bu çağacan rəsmi Bakının belə bir üsluba müraciət etmədiyi də aşkar surətdə görünür. Deməli, MB-nin bank sektorundakı “fırtınası” birbaşa olaraq oliqarxlara qarşı atılan addımdır. Bu barədə danışan məlumatlı mənbə izahlayır ki, əslində Elman Rüstəmov heç də bu yöndəki fəaliyyətini sistemsiz və təlimatsız şəkildə həyata keçirmir. Yuxarıda da vurğuladıq ki, bütün bunlar siyası qərardır. Mənbəni söylədikləri: “Təbii ki, prosesin davamı olmalıdır və olacaq da. Məsələn sırada Ziya Məmmədovun bankı kimi tanınan “Bank of Azerbaijan”dır”. Xatırladaq ki, “ZQAN” holdinqə aid olan bu bankla holdinq arasında ciddi kadr alış-verişi işi də həyata keçirilir. Bu günlərdə isə aydın oldu ki, “ZQAN” Holdinqə mediada möhkəmlənməsi və təmsil olunması üçün SİYASİ RAZILIQ verilməyib. Halbuki keçən ilin əvvəlində öz holdinqinin toplantısının ardından “ZQAN” şefi, Ziya Məmmədovun madar oğlu Anar Məmmədov bildirmişdi ki, onlar media sahəsi ilə bağlı çox ciddi layihələrin icrasına start verməyi düşünürlər. Sonradan nazir oğlunun bu açıqlaması mətbuatda “Anar Məmmədov telekanal açır” başlıqlı məlumatların yayılmasına qədər inkişaf etsə də, “ZQAN” Holdinqə aid nəinki bir telekanal açılmadı, hətta divar qəzetinə də rast gəlinmədi. Son xəbərlərdə isə net şəkildə vurğulandı ki, “ZQAN” Holdinqə qarşı ciddi fəaliyyət məhdudlaşdırıcı sanksiyalar tətbiq olunmaqdadır ki, onların da sırasında mediada görünmə məsələsi də var. Bu isə o demək idi ki, “ZQAN” Holdinq ən azından nizamnaməsinin bir müddəası üzərə fəaliyyətsiz duruma salındı. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbənin sözlərindən belə aydın olur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun növbəti hədəfi məhz Anar Məmmədovun başında dayandığı və Ziya Məmmədovun biznes imperiyasının əsas sütunlarından biri kimi tanınan “Bank of Azerbaijan”dır. Qaynaq iddia edir ki, artıq bu bankın çökdürülməsi üçün bütün hüquqi prosedurların tədarükü görülməkdədir və yuxarıda vurğuladığımız məqam – Elman Rüstəmovun bank faizlərinin aşağı salmaqla kapitalın ucuzlaşması barədə etdiyi təklif müstəsna rol oynayacaq. Belə ki, “Bank of Azerbaijan” bu yolla zərərsiz duruma salınacaq vəa MB-nin tələblərinə cavab verməməkdə ittiham olunaraq lisenziyadan məhrum ediləcək. Onu da bildirək ki, bu qərarın da NN şefinə qarşı atılacaq son addım olmadığı bildirilir. Mənbəmizin iddialarına görə, əslində hakimiyyət içində Ziya Məmmədovun dışlanması prosesinə start verilib ki, bu da tədrici olaraq həyata keçirilir. İlk əvvəl NN şefinin qol-budağı budanır, ardından isə həlledici zərbənin vurulacağı istisna deyil... Geri qayıt |