Əsas Səhifə > Gündəm, Manşet > İQBAL MƏMMƏDOV LERİKİ NECƏ TALAN EDİR?

İQBAL MƏMMƏDOV LERİKİ NECƏ TALAN EDİR?


30-08-2012, 12:06
İQBAL MƏMMƏDOV LERİKİ NECƏ TALAN EDİR?

DEPUTAT ONDAN ŞİKAYƏT EDƏNLƏRİ HƏBS ETDİRMƏKLƏ TƏHDİD EDİR

DİA.AZ: - “78 saylı Lerik seçki dairəsindən millət vəkili İqbal Məmmədov iki ildir ki, mandat daşımasına baxmayaraq, rəsmi tədbirlər istisna olmaqla seçiciləri və onların problemləri ilə bağlı rayonda heç bir görüş keçirməyib. Deputat seçildiyi gündən bu yana nə onu üzbəüz görə bilirik, nə də ünvanladığımız müraciətlərə cavab verir”. Bu sözlər DİA.AZ-ın elektron poçtuna daxil olan Lerik sakini müraciətində yer alıb.

Rayon sakini iddia edir ki, təhlükəsizliyinə təminat olmadığı üçün adının çəkilməsini istəmədiyindən problemlərini anonim qaydada çatdırmaq zorunda qalıblar. Seçicinin sözlərinə görə, o, bu məktubu minlərlər lerikli adından yazır. Seçici qeyd edir ki, deputat İqbal Məmmədovun rayonda formal köməkçisi olsa da, ona etdikləri müraciətlər ya həllini tapmır, ya da cavabsız qalır: “Şəxsən mən özüm deputatın poçtuna 2 ildə 6 dəfə məktub yollamışam. Müraciətlərin 5-nə heç bir cavab verilməyib. Birinə isə verilən cavabda bildirilib ki, sizin qaldırdığınız məsələnin həlli mümkün deyil. Halbuki mən müraciətimdə tamamilə qanuni tələblər qoymuşdum”.

“Bu faktdan o nəticə çıxır ki, ya İqbal Məmmədov bizi ciddiyə almır, ya da müvafiq dövlət qurumları onun millət vəkili kimi müraciətlərini nəzərə almırlar”- deyə əlavə edib.
Adının çəkilməsini istəməyən lerikli seçici şəxsi məlumatlarını açıqlamamasının səbəbini isə belə izah edir: “Bir dəfə qonşu kənddən bir lerikli İ.Məmmədovun fəaliyyətsizliyi ilə bağlı jurnalistlərə şikayət etmişdi. Bundan sonra həmin seçicidən düz bir ay əl çəkmədilər. Deputat rayonun hüquq-mühafizə orqanları vasitəsilə ondan şikayətini geri götürməsini və izahat yazmasını tələb edirdi”.

Seçici qeyd edir ki, İqbal Məmmədovun başı rayondakı biznes strukturlarını genişləndirməyə qarışıb: "Məcburiyyətdən "Relax" istirahət mərkəzində işləyən sadə leriklilərin başına min oyun gətirirlər. Ya maaşlarını aylarla vermirlər, ya da müxtəlif bəhanələrlə kəsirlər. İqbal Məmmədov indi də rayonda "Lerik-Broyler" adlı yeni şirkətinin açılışına hazırlaşır. Əgər belə davam etsə, ondan təmsil etdiyi YAP-ın icra katibi Əli Əhmədova şikayət edəcəyik. Çünki o öz fəaliyyəti ilə hakim partiyanın adı ətrafında etimadsızlıq mühiti yaradır".

Qeyd edək ki, deputat İqbal Məmmədovun qardaşı Asif Məmmədov Şamaxı rayon İcra Hakimiyyətinin başçısıdır. Məmmədov qardaşları ARDNŞ prezidenti Rövnəq Abdullayevin kurasiyasındadırlar.

Geri qayıt