Əsas Səhifə > Güney Press / Manşet > GENERAL KEÇMİŞ İŞÇİSİNİ HƏBS ETDİRƏ BİLDİ

GENERAL KEÇMİŞ İŞÇİSİNİ HƏBS ETDİRƏ BİLDİ


29-08-2012, 17:50
GENERAL KEÇMİŞ İŞÇİSİNİ HƏBS ETDİRƏ BİLDİ


VAQİF AXUNDOVLA DÖYÜŞƏN ASİF LƏTİFOV SAXLANILIB

DİA.AZ: - Uzun müddət idi ki, Xüsusi Dövlət Mühafizə Xidmətindəki işindən qanunsuz olaraq çıxarıldığını iddia edərək müxtəlif instansiyalara şikayət edən Asif Lətifov həbs edilib. Bu barədə məlumatı DİA.AZ-a onun yaxınları verib.

Qeyd edək ki, Asif Lətifov XDMX-nin rəisi Vaqif Axundovu ona qarşı qərəzlilikdə itt5iham etməklə yanaşı, özünün işindən general tərəfindən В«MTN-nin şpionuВ» kimi uzaqlaşdırıldığımı da iddia edirdi.

Hətta bir neçə gün əvvəl Asif Lətifov Vaqif Axundovun onu öldürtmək istədiyi iddiasını da ortaya qoymuşdu. İndi isə aydın olur ki, XDMX şefi keçmiş işçisini zərərsizləşdirə bilib.

Məlumata görə, Asif Lətifov bu gün prokurluqda dindirildikdən sonra həbs edilib.

Geri qayıt