Əsas Səhifə > Gündəm > HAKİMİYYƏT KADR İSLAHATLARINI DAVAM ETDİRİR

HAKİMİYYƏT KADR İSLAHATLARINI DAVAM ETDİRİR


16-09-2011, 14:24
HAKİMİYYƏT KADR İSLAHATLARINI DAVAM ETDİRİR

BU DƏFƏ DƏ İCRA STRUKTURLARINA «ƏL GƏZDİRİLƏCƏK»

Bir neçə gün əvvəl prezident İlham Əliyev təhsil sistemində çox tutarlı kadr islahatları həyata keçirdi. Nəticədə bir günün içində Misir Mərdanovun üç müavini görəvindən alındı. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, növbəti islahat ünvanlarından biri də icra strukturlarıdır.

Xatırladaq ki, bu ilin fevral ayından etibarən bir neçə rayonunun icra başçısının yerləri dəyişdirildi. Yalnız bir-iki başçı birdəfəlik olaraq postlarını itirdi. Və bu prosesin ardından yayılan məlumatlarda qeyd olunurdu ki, növbəti mərhələdə İH başçılarının yerdəyişdirmə prosesi həyata keçirilməyəcək. «Vurulanlar»a birdəfəlik «əlvida» deyiləcək.

Bu barədə PİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbənin sözlərinə görə, iki rayonun icra başçısının sərəncamı hazırdır: «Onlardan biri Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədovdur, digəri isə Mingəçevir şəhərinin icra başçısı Mübariz Ağayevdir».

Mənbə bildirir ki, artıq hər iki başçını əvəzləyəcək şəxslər də müəyyən olunub.


Geri qayıt