Əsas Səhifə > Güney Press / Manşet > FHN ŞEFİNİN CƏZASIZ QALAN ÖZBAŞINA QOÇULARI

FHN ŞEFİNİN CƏZASIZ QALAN ÖZBAŞINA QOÇULARI


29-08-2012, 16:40
FHN ŞEFİNİN CƏZASIZ QALAN ÖZBAŞINA QOÇULARI

GÖMRÜKDƏ VƏHŞİCƏSİNƏ DÖYÜLƏN ƏSGƏR ANASININ ŞOK AQİBƏTİ

DİA.AZ: - Bir müddət əvvəl В«RokfellerВ» ləqəbli Hikmət Məmmədovun rəhbərlik etdiyi Astara Gömrük İdarəsində bir qadının döyülməsi faktı hələ də gərəkən dövlət qurumlarının diqqət mərkəzinə düşə bilmir. Əsgər anası olan Nərminə Məmmədovanı vəhşicəsinə döyən gömrükçülər bu günə kimi nə sorğu-sual ediliblər, nə də onlardan hadisə ilə bağlı hansısa formada izahat istənilib. Bu isə öz növbəsində Kəmaləddin Heydərovun kurasiyasında olan gömrük sisteminin toxunulmazlığını sübutlamaqdadır.

DİA.AZ bildirir ki, Bakı şəhər sakini Məmmədova Nərminə Ağababa qızı Astara gömrük idarəsindən şikayətçidir. O, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 22 saylı evdə, mənzil 14 ünvanında yaşayır. Onun bildirdiyinə görə, İrana müalicə almağa gedibmiş. Geri qayıdarkən Astara gömrüyündə bu idarənin məmurları onu və bacısını təhqir edərək döyüblər. Belə ki, Nərminə Məmmədova gömrük işçisinə yaxınlaşaraq sənədlərini təqdim edib. Gömrük işçisinin diqqətini onunla İrandan qayıdan bacısının boynundakı pul kisəsi cəlb edir. Bacısına deyirlər ki, pul kisəsini açıb onlara göstərsin.

Nərminə Məmmədovanın dedikləri:

- Mən dedim ki, bacım burada, kişilərin yanında sinəsini niyə açsın. Məmur isə gözlənilmədən “İranda əxlaqsızlıq edə bilirsiniz, burada sinənizi göstərə bilmirsiniz?” deyə bizi təhqir etdi. Mən də bu kobudluğun müqabilində dedim ki, əxlaqsız özünsən və anandır. Bunu eşidən Cavid adında bir məmur qolumdan tutub məni yerə yıxdı.

Qadının sözlərinə görə, məmurlar bir neçə nəfər olub və ona çoxlu xəsarət yetirib, əynindəki paltarını cırıb, göz yaşlarına və yalvarışlarına baxmayaraq, onu döyməkdə davam ediblər. Yaxınlıqda olan gömrükxananın texniki işçiləri də döyənlərə qoşulublar.

Nərminə Məmmədova: В«Gömrük işçiləri Ramin, Cavid, Ehtiram... onlar 5 nəfər idilər. Biri təpik vurur, birisi başımı sıxır, paltarımı əynimdə cırır, digəri qızıl əşyalarımı yerə tökürdü. Döyülməkdən sifətim şişmişdiВ». Nərminə Məmmədova deyir ki, yeganə övladı olan oğlu Füzuli bölgəsində hərbidə xidmət edir. Bunu gömrük işçilərinin yadına salsa da, əhəmiyyət verməyiblər. Bir əsgər anası kimi ona hörmət etmək əvəzinə, ayaq altına salıb tapdalayıblar. Onu döyəndən sonra isə gömrük idarəsinin yuxarı mərtəbəsinə aparıblar. İdarənin vəzifəli şəxslərindən biri onunla danışıb və axşam saat 10-a kimi orada saxlanılıb.

Nərminə Məmmədova: В«Sonra məni prokurorluğa gətirdilər. Orada ərizə aldılar, müayinədən keçdim. Hamısını yazdılar, qeydə alıb, buraxdılarВ». Onun dediyinə görə, Astara gömrükxanasında döyülməsindən iki aya yaxın vaxt keçib. Bu müddət ərzində müraciət etmədiyi yer qalmayıb. Hara gedirsə, ondan şikayət ərizəsi alıb harasa qoyurlar. Elə bil ki, heç bir şey olmayıb. Qərara gəlib ki, inanmadığı məhkəməyə müraciət etsin.

Nərminə Məmmədova: В«İndi deyirlər ki, səni burada heç kim döyməyib. Mən də onlardan kameranı tələb edirəm, çünki kamera hamısını göstərirВ».

Redaksiyamıza daxil olan məlumatlara görə, bu məsələ ilə bağlı hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərova da müraciət edilib. Amma maraqlıdır ki, FHN-dən təhqir olunan, aşağılanan əsgər anasına В«bu məsələ bizlik deyilВ» şəklində izahat verilib. Amma halbuki bu ölkədə hər kəs nəinki gömrükdə baş verən istənilən bir hadisənin, hətta gömrük məntəqələrində yığılan hər qəpiyin belə Kəmaləddin Heydərovluq olduğunu yaxşı bilir. Onu da yaxşı bilirik ki, gömrükdən FHN şefinin izni olmadan quş quşluğu ilə səkə bilməz…

Geri qayıt