Əsas Səhifə > Ölkə > MƏRKƏZİ GÖMRÜK HOSPİTALINDA FIRILDAQ

MƏRKƏZİ GÖMRÜK HOSPİTALINDA FIRILDAQ


29-08-2012, 14:31
MƏRKƏZİ GÖMRÜK HOSPİTALINDA FIRILDAQ

HOSPİTAL RƏHBƏRLİYİ NAZİRİ ALDADIR

Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan və Azərbaycanın ən modern səhiyyə ocaqlarından biri sayılan Mərkəzi Gömrük Hospitalında (MGH) il ərzində dəyəri milyon manatlarla ölçülən maliyyə fırıldaqları həyata keçirilir.

“AzeriNews.org”-a daxil olan məlumatlara görə, sözü gedən hospitalda aparılan maliyyə maxinasiyaları “Föqəlnazır”dən gizlədilir. Bir sözlə FHN şefi bu məsələdə “ofsay”da qalıb. MGH-da çalışan işçilərdən birinin söylədiklərinə görə, böyük maliyyə maxinasiyalarından xəstəxana rəhbərliyi hər il milyonlarla manat qeyri-qanuni vəsait mənimsəyir. Xüsusilə mənbə bildirir ki, hospotalda təmir işlərinə, ərzaq məhsullarına, dərmanlara ayrılan xərclərin şişirdilməsi və məvaciblərin hesablanmasında ciddi qanunsuzluqlar, pullu xidmətdən gələn gəlirlərin uçotdan gizlədilməsi kimi çox ciddi maliyyə pozuntuları həyata keçirilir: “Mərkəzi Gömrük Hospitalında ən böyük maliyyə maxinasiyaları təmir xərclərinin şişirdilməsidir. Burada mal və xidmətlərin haqqı orta bazar qiymətindən dəfələrə yüksək qiymətə sənədləşdirilir. Eyni zamanda ştat üzrə maaşların hesablanmasında çox ciddi çatışmazlıqlar olur, bir çox hallarda işçilərin məvacibi düzgün hesablanmır, xəstələr qida və dərmanla normal şəkildə təmin edilmir. Hospital rəhbərliyi hər aparılan maliyyə maxinasiyalarında müxtəlif aktları dəyişdirirlər. Çünki söhbət o qədər ciddi maliyyə pozuntularından gedir ki, bunu ört-basdır etmək üçün bu cür vasitələrldən istifadə edilir. Hətta hospitalda saxta ştatlar da yaradılıb”.

Bundan əlavə mənbənin “AzeriNews.org”-a verdiyi məlumatlara görə, hospital rəhbərliyi hər il mənasız sərgilər, simpozium, konfranslar təşkil etməklə və buna ayrılan milyonlarla vəsaiti göyə sovurur. Belə ki, bir müddət əvvəl dağınıq skleroz xəstəliyinin əməliyyatı üçün Mərkəzi Gömrük Hospitalına təşrif buyurmuş məşhur italiyan həkimi, professor Paolo Zamboninin hospitalda sözügedən xəstəliyə dair əməliyyatların aparılması üçün 300 min avro təklif edilib. Rəsmi məlumatlara görə, əslində avropada 10 min avroya başa gələn bu əməliyyatın Mərkəzi Gömrük Hospitalında qiyməti təxminən 5 min avrodur. Bu isə yenə də MGH-da böyük məbləğdə vəsaitin mənimsənilməsi istiqamətində aparılan növbəti maxinasiyalardan biridir.

Mənbə son olaraq bildirir ki, Mərkəzi Gömrük Hospitalında şok doğurası daha ciddi qanun pozuntuları var ki, o bunu yalnız Kəmaləddin Heydərovun özünə açıqlaya bilər.

Araşdırmamız davam edir.

Geri qayıt