Əsas Səhifə > Siyasət, Manşet > OLİQARX-MƏMURLAR AMANSIZ SAVAŞA GİRİRLƏR
OLİQARX-MƏMURLAR AMANSIZ SAVAŞA GİRİRLƏR29-08-2012, 14:03 |
YENİ TİKİNTİ BUMUNDA KİMLƏR ƏSAS MÖVQEDƏ DAYANA BİLƏR? DİA.AZ: - «Avroviziya-2012» mahnı yarışması ilə əlaqədar ölkədəki tikinti bumu, sökhasök intensivləşsə də, neçə müddətdir ki, bu istiqamətdə səngimələr müşahidə olunur. Doğrudur, bir neçə gün əvvəl təmirinə milyonlar xərclənmiş Heydər Əliyev prospektindəki binanı bir neçə dəqiqəyə söküldü. Amma bu da tikinti bumunda «atəşkəsin» pozulmasına bənzər bir olay kimi diqqətə gəldi. Lakin sükut pozulacaq və tikinti sahəsində yenidən fırtına qopacaq. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, bu ilin oktyabr ayından etibarən Bakının yenidən sökülməsinə start veriləcək. Mənbəmiz bildirir ki, bu dəfəik sökhasökün «qurbanları» arasında Bayıl qəsəbəsindəki iki və bir mərtəbəli evlər, keçmiş «Sovetski» küçəsindəki evlər və Akademik Dram Teatrın çevrəsindəki evlər var. Konkret olaraq Bayıl qəsəbəsinin 3 şirkət tərəfindən yenidən inşa ediləcəyini bildirən qaynağımız onu da əlavaə etdi ki, hələlik bu yöndə konkretləşmələr aparılmadığından müəyyən yubanmalar ola bilər. Amma maraqlı olanı odur ki, Bayıl və «Sovetski» uğrunda məmurlar arasında düşən dava da yubanmaların nədəni kimi göstərilir. Mənbəmiz vurğulayır ki, yenə də ənənəvi rəqiblər yeni tikinti bumunun favoriti kimi diqqətə gəliblər: «Bu yöndə əsas olaraq toqquşanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və Nəqliyyat Naziri Ziya Məmmədovdur». Mənbəmiz onu da bildirdi ki, oliqarxların tikinti davasından kimin qalib çıxacağını zamanında müşahidə edəcəyik. Geri qayıt |