Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN ABSURDU

AZƏRBAYCAN ABSURDU


29-08-2012, 13:34
AZƏRBAYCAN ABSURDU

BELƏ ÖLKƏDƏ QARABAĞI GÜLƏŞİB ALA BİLƏRLƏR ANCAQ...

Dünən Azərbaycanı London Olimpiadasında təmsil edərək qalib gələn idmançılara son model avtomobillər hədiyyə edilib. “Bizim yol” qəzeti isə bu günkü sayında maraqlı bir kontras dərc edib. Qəzet idmançılara verilən avtomobillərlə Qarabağ döyüşçülərinə verilən avtomobili yanaşı dərc edərək altından belə yazıb: “Dövlətin döyüşənə verdiyi avtomobil”, “Dövlətin güləşənə verdiyi avtomobil”.

Lakin bu yerdə Azərbaycanın istedadlı şairəsi Nurəngiz Günün vaxtilə yazdığı şeirdən bir neçə misranı da bu şəkillərin altına əlavə etməklə oxusanız, daha maraqlı olar.

Biri baxır döşünə,
Ordenlərin yürüşünə,
Vurur döşünə-döşünə.

Biri baxır döyüşünə,
Qalır düşünə düşünə...

Geri qayıt