Əsas Səhifə > Siyasət, Manşet > MASONLAR AZƏRBAYCANDA TORPAQ ƏLƏ KEÇİRİR

MASONLAR AZƏRBAYCANDA TORPAQ ƏLƏ KEÇİRİR


29-08-2012, 12:16
MASONLAR AZƏRBAYCANDA TORPAQ ƏLƏ KEÇİRİR

QURANIN LƏNƏTLƏDİYİ İDEYANIN TƏBLİĞÇİLƏRİNƏ KİMLƏR ŞƏRAİT YARADIR?

DİA.AZ: - Yeganə təsisçisi “Dəvəçhi Broyler” ASC olan “Qarabag Taxıl” ASC 4800 ha torpağı icarəyə götürüb. Şirkət Ağcabədi (3300 ha) və Beyləqanda (1500 ha) dənçilik təsərrüfatı sahələri yaradır. Həmçinin heyvandarlıq və bitki yağları istehsalı ilə məşğul olacaq. Bu barədə adları çəkilən rayonların torpaq şöbələrində məlumat verilib.

Ağcabədi rayon torpaq şöbəsinin müdiri Abbas Süleymanov mətbuata bildirib ki, “Qarabag Taxıl” MMC planlaşdırılan işlərə 15 mln manat qoyacaq. Bunun 80%-i şirkətin öz vəsaitidir. Onun Beyləqandakı həmkarı Rəfail Pesiyev isə bildirib ki, şirkətin bu rayondakı investisiya portfeli 12 mln-dan çoxdur.

Avqustun 17-də Ağcabədi və Beyləqanda dövlət torpaqlarının uzunmüddətli icarəyə (49 il) verilməsi üçün müsabiqə keçirilib. MMC dövlətə ildə 60 min manat icarə haqqı verəcək.

Bütün infrastruktur xərcləri dövlət büdcəsindən ödəniləcək. Bu xərclər 10 ilə qaytarılacaq, bunun 2 ili güzəştlidir.

Xatırladaq ki, taxıl istehsal edən özəl fermer təsərrüfatları dövlət başçısının tapşırığı ilə yaradılır.

“Qarabag Taxıl” MMC bu ilin aprelində yaradılıb. Nizamnamə kapitalı 4 mln manatdır. Təsisçisinin sərəncamında Ağsu, Şamaxı və Kürdəmirdə 800 ha torpaq sahəsi var.

Onu da qeyd edək ki, təsisçisi “Dəvəçi Broyler” olan “Qarabag Taxıl” MMC-yə belə bir əlahiddə şərait təsadüfən yaradılmır. Belə ki, bu günlərdə veridyimiz məlumatda “Dəvəçi Broyler”in masonlara aid bir iqtisadi struktur olduğunu və bu səbəbdən sözügedən şirkətin quşçuluq sektorunda geniş imkanlara malik olduğunu vurğulamışdıq.

DİA.AZ tərəfindən aparılan araşdırmalardan aydın olurdu ki, bu gün masonların yaratdığı müəssisələrdən biri də «Dəvəçi Broyler» Açıq Səhmdar Cəmiyyətinə məxsus «Səba» ticarət nişanıdır. Etiraf olunmalıdır ki, bu gün ərzaq bazarında «Səba»nın toyuqları kifayət qədər populyardır və keyfiyyətli ərzaq ala bilməyən vətəndaşlarımızın əsas seçimi məhz «Səba» olur.

MASONLAR AZƏRBAYCANDA TORPAQ ƏLƏ KEÇİRİR
Maraqlıdır ki, bu gün «Səba» ticarət nişanı da təsadüfi bir ideya kimi ortaya çıxmayıb. Araşdırmalarımız nəticəsində öyrənə bildik ki, «yuxarıların» xeyir-duası ilə ərzaq bazarına nüfuz edən bu ticarət nişanını Bakıdakı gizli mason lojasına kifayət qədər gizli tellər bağlamaqdadır.

«Səba» adına gəlincə isə bu adın da təsadüfi olmadığı aydın olur. Hər halda, keçmiş adı Dəvəçi olan və indiki adı Şabran olan bir rayondakı quşçuluq təsərrüfatının «Səba» adı ilə bazara məhsul çıxarmasını hansısa coğrafi faktorla əlaqələndirmək doğru deyil. Çünki heç bir rabitə mövcud deyil.

Əsas əlaqə isə elə müəyyən etdiyimiz mübhəm çevrələrlədir. Aydın olur ki, əslində «Səba» ticarət nişanının adı müqəddəs kitabımız olan Quranda belə lənətlənən və artıq yoxa çıxmış hesab olunan Səba qovmünün adı ilə bağlıdır. Həmin qövm isə Allahın birliyinə yox, bütlərə, Günəşə sitayiş etməklə, indiki kabbala-mason sivilizasiyasının əsasını təşkil edən bir məzhəbə qulluq edib.

Bu barədə «Qurani-Kərim»də deyilir ki, «Şeytan onları yoldan azdırıb, ona görə də hidayətə qovuşa bilmirlər» («Nəml» surəsi, 24). Onu da bildirək ki, Allahı bir kənara atıb, Günəşə səcdə edən Səba qövmünün masonçuluğa birbaşa aidiyyatının olması ilə bağlı zəngin ədəbiyyat da var.
İndi isə aydın olur ki, bu mason şəbəkəsi süfrəmizlə yanaşı, torpaqlarımızı da ələ keçirməkdədir.

Geri qayıt