Əsas Səhifə > Gündəm, Manşet > MƏMURLARIMIZ NARKOMAFİYANIN GİROVUNA ÇEVRİLİB

MƏMURLARIMIZ NARKOMAFİYANIN GİROVUNA ÇEVRİLİB


29-08-2012, 11:58
MƏMURLARIMIZ NARKOMAFİYANIN GİROVUNA ÇEVRİLİB

BU GÜN YÜKSƏK POSTLARDA NARKOTİKADAN ASILI OLAN ŞƏXSLƏR VAR

DİA.AZ: - Bu gün narkomaniya bəşəriyyət üçün ən böyük bəlalardan biri hesab olunur. Elə Azərbaycan üçün də bu belədir və xüsusən o şəraitdə ki, ölkəmiz narkomanlar, narkotik qaçaqmalçıları üçün heç də ögey bir ünvan deyil. Təəssüflər olsun ki, Azərbaycanın adı narkotik daşımaçılığında əsas tranzit xəttlərindən biri kimi xatırlanmaqldadır. Bu bir faktdır ki, bu gün Əfqanıstanda yetişdirlən, bəslənən narkotikin dünya bazarına, eləcə də yerli bazara əsas çıxış qapılarından birini Azərbaycan təşkil edir…

Bu gün Amerikanın nəzarəti altında olan Əfqanıstanın başdan-başa karotik plantasiyalarına çevrilməsi hər kəsə məlumdur. İlk günündən əfqanlara azadlıq və demokratiya gətirəcəyini söyləyən rəsmi Vaşinqton bu müsəlman ölkəsini «Şərqin Kolumbiyası»na çevirməklə yanaşı, Əfqanıstanı həm də qonşu ölkələrə bəla ixracatçısına çevirdi. Maraqlıdır ki, hazırda iki əsas düşmən kimi görünən ABŞ və İran Əfqanıstanın narkotik plantasiyalarında iki əsas müttəfiq kimi çıxış edirlər. ABŞ yetişdirir, İran isə satışa çıxarır. Təbii ki, bu gün bütün çevrəsi nəzarət altına götürülən İran üçün isə öz yerindən, yəni Əfqanıstandan olduqca ucuz qiymətə aldığı narkotiki qat-qat baha qiymətə bazara çıxara bilməsi üçün istifadə etdiyi əsas marşrutlardan biri də Azərbaycandır. Hətta qeyri-rəsmi məlumatlara görə, bu gün İranın və ABŞ-ın xüsusi xidmət orqanları narkotik alverindən il ərzində külli miqdarda pullar əldə edirlər. Ən dəhşətlisi isə odur ki, fars-molla rejimi özünün «islam inqilabı ixracı» müstəvisində də narkotik satışından əldə etdiyi pullara istinadh etməkdədir.

Azərbaycanda isə bu müstəvidə əsa sbir qüvvə fəaliyyət göstərir ki, onların da çox «yuxarılarda» ciddi dayaqlara malik olması, həmçinin rəsmi mərtəbədə ciddi bir postu məşğul etməsinə rəğmən faktiki olaraq narkobarona çevrilmələri ölkəmizin hələ də narkotik alverçiləri üçün əsas tranzit xəttlərindən biri funksiyasını ehtiva etməsini təmin etməkdədir.

Onu da bildirək ki, Azərbaycan narkotik tranzitinin həyata keçirildiyi ölkələrdən biri olmaqla yanaşı, eyni zamanda həm də narkomaniyanın geniş vüsət aldığı ölkələrdən biridir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin son hesabatlarının birində aşkar surətdə bu məsələyə yer ayrılırdı. Doğrudur, amerikanlar rəsmi Bakıya qeyd olunan məsələ ilə bağlı üstüörtülü ismarıclarını yollamış olsalar da, gərəkən ünvanlar paylarını götürmüş oldular. Belə ki, ABŞ Dövlət Departamentinin hesabatında əsas olaraq vurğulanırdı ki, Azərbaycanda tələblər arasında narkomaniya geniş vüsət alıb. Lakin əsas ağırlığın başqa bir məqama salındığı da nəzərlərdən yayınmadı.

Məlum oldu ki, bu gün dünyanın əsas diqtəedici jandarm dövləti kimi çıxış edən Amerika Azərbaycan iqtidarına «biz bilirik ki, sizin aranızda bu narkotranziti himayə edənlər var və hətta sizin aranızda narkotik asıllığı olan şəxslər var ki, çox ciddi mövqe sahibləridir» şəklində ismarıcını da yollamaqdadır.

Qeyd edək ki, narkotika çox ciddi və asan qazanc mənbəyi olaraq qalmaqdadır. Belə ki, Əfqanıstanda bir kiloqrammı 50 ABŞ dollarına başa gələn həşiş əgər İrandan Azərbaycana qədər gələ bilərsə, o zaman onun qiyməti 2500-3000 ABŞ dollarına qədər yüksəlir, əgər Azərbaycan sərhədlərini aşıb Rusiya və yaxud da Gürcüstan bazarına çatarsa, o zaman bu məbləğ hətta 10 min ABŞ dolları həcminə qədər yüksəlir. Azərbaycana gətirilib çıxarılan heroinin bir kiloqramının isə 10 min dollar olduğu halda, Rusiya və yaxud da Gürcüstan bazarında bu məbləğ 40-50 min dollar həddinə qədər yüksəlir. Yəni Əfqanıstana coğrafi yaxınlıq Azərbaycan bazarında ucuzluq yaradıb. Bu isə narkomanların günü-gündən öz sıralarını genişləndirməsi ilə müşaiyət olunmaqdadır.

Onu da bildirək ki, DİA.AZ olaraq Azərbaycanda narkomafiyanın girovluğunda olan, müştərisinə çevrilən xeyli sayda məmurun olmasını faktını aşkarlamışıq. Xatırladaq ki, bu kimi məlumatlar zaman-zaman mətbuatda səslənsə də, ortaya real faktların qoyula bilməməsi cəmiyyətin məlum istiqamətdə dolğun bilgiləndirməsini hər zaman əngəlləyib. Amma redaksiyamızın apardığı araşdırmalar çox ciddi informasiyaların əldə olunması ilə nəticələnib ki, biz də hətta böyük risqləri göz önünə alaraq onların kimlikləri ilə bağlı bütün bildiklərimizi anbaan diqqətinizə çatdıracağıq.

Qeyd edək ki, bu yöndəki araşdırmalarımız zamanı çox ilginc faktları üzə çıxarmışıq. Məlum olur ki, bu gün Azərbaycanda hətta nazir postunda oturanlar arasında da narkotik aludəçiləri var və onlar xüsusi kuryerlər vasitəsilə narkotik asıllılıqlarını qarşılamaqdadırlar. Kimdir onlar? Bəli, bu gün onlar bizi idarə edirlər və onların hərəsi bir istiqamətə rəhbərlik edir. Bu yazımızda isə yalnız bir məqamı vurğulamaqla kifayətlənirik: məmurlarımız heç də sıradan narkotik istifadəçiləri deyil…

GƏLƏN YAZIMIZDA:

- Nazirimiz necə oldu ki, narkotik aludəçisinə çevrildi?

- Azərbaycanlı məmurların narkotik əldə etmə yolları…

- «Maraqlı vodka», «Yaxşı çaxır» kod adlı narkotiklər hansı dövlət məmuruna çatdırılır və s.

Bizi izləməkdə davam edin…

Geri qayıt