Əsas Səhifə > Güney Press / Manşet > QAZAXIN İCRA BAŞÇISI RAYONDA ÜSYANA SƏBƏB OLUR

QAZAXIN İCRA BAŞÇISI RAYONDA ÜSYANA SƏBƏB OLUR


27-08-2012, 17:57
QAZAXIN İCRA BAŞÇISI RAYONDA ÜSYANA SƏBƏB OLUR

İCRA BAŞÇISININ MƏSƏLƏSİ XÜSUSİ NƏZARƏT ALTINDA

DİA.AZ: - Bir müddət öncə Qazax rayonuna yeni təyin olunan icra başçısı Ayaz Əsgərov kürsüsünə oturar-oturmaz bir çox qanunsuzluqlara imza atıb. Belə ki, A.Əsgərov rayonda olan sahibkarlara təzyiqlər edərək onları müəyyən məbləğlərdə “yükləməyə” başlayıb. O hətta daş karxanalarının müdirlərindən də küllü miqdarda pul tələb edib.

DİA.AZ-a daxil olan məlumata görə, icra başçısı rayonun mərkəzində yenicə aparılmış abadlıq işlərini də sahibkarların üzərinə qoyub. Bu hal isə ümumilikdə ciddi narazılığa səbəb olub. Bütün bunlara baxmayaraq, icra başçısı kiminsə yaxın qohumu olduğunu əsas gətirərək heç kimdən zərrə qədər də olsun çəkinmədiyini deyib.

Redaksiyamıza məlumat verən mənbə bildirir ki, A.Əsgərov birmənalı olaraq iri tipli ticarət obyektlərinin sahiblərini aylıq haqq verməklə "tas"a otuzdurub. Tələb olununan məbləğin isə müəyyən bir hissəsini “yuxarı”da outran himayədarına verdiyini iddia edir.
Məhz bu səbəbdən son günlər mətbuatda Qazax rayonundan narazılıq dolu xəbərlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Demək olar ki, hər gün ayrı-ayrı qəzet və portallarda müxtəlif rayonlarda baş verən qanunsuzluqlar, icra başçılarından narazı insanların şikayətləri dərc olunur. Ölkədə prezident səviyyəsində korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı mübarizənin aparıldığı bir zamanda, əlbəttə, bu məlumatlar ölkə rəhbərliyinin diqqətindən yayına və hər hansı ölçü götürülməyə bilməz.

Aldığımız son məlumata görə, icra başçısının fəaliyyəti artqı yuxarı dairələrin də narazılığı ilə qarşılanıb. Hətta Qazax rayon icra başçısının fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən nəzarətə götürüləcəyi barədə çox maraqlı məlumatlar daxil olub. Məlumatlarda qeyd olunur ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdan olan narazılıqların kütləvi hal alması onun vəzifəsini itirməsi ilə nəticələnə bilər.

Mövzunu davam etdirəcəyik.


Geri qayıt