Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISININ İDEYASI NARAZILIĞA SƏBƏB OLUB
İCRA BAŞÇISININ İDEYASI NARAZILIĞA SƏBƏB OLUB27-08-2012, 17:24 |
![]() ƏRKİVANLILAR NƏDƏN RAFİL HÜSEYNOVA QARŞI GEDİR? DİA.AZ: - Bir zamanlar prezident administrasiyasında Ağcabədi rayonu üzrə kurator postunu tutan və Qəzənfər Ağayevin gedişindən sonra Masallıya icra başçısı göndərilən Rafil Hüseynov yerli sakinlərin narazılığına səbəb olub. Bu, DİA.AZ-a Masallı rayonu Ərkivan kənd sakinləri adından daxil olan müraciətdən də aydın olur. Belə ki, redaksiyamıza müraciət edən ərkivanlılar Masallının icra başçısının son planlarından narahatçılıq keçirdiklərini ifadə ediblər. Məlumatda bildirilir ki, bir neçə gün əvvəl Rafil Hüseynov Ərkivan kəndində yerləşən В«ƏrkivanВ» şadlıq sarayında yerli kənd sakinləri ilə görüş keçirib. Sakinlər bildirir ki, görüşdə kəndin yaşadığı problemləri dinləmək əvəzinə icra başçısı Ərkivan kəndinin Masallıya birləşdirilməsi ideyasından danışıb və camaata izah edib ki, əgər bu birləşmə baş verərsə, guya Ərkivanın problemləri da azalar. Şikayətçilər bildirir ki, icra başçısı öz fikrini belə əsaslandırıb ki, Masallı şəhərdir və şəhərə ayrılan vəsait çox olduğundan Ərkivana da çox pay çatar: В«Amma toplantıda Ərkivan camaatı icra başçısının təklifini dəstəkləmədi. Əksəriyyətin fikri bundan ibarət oldu ki, bu birləşmədə Ərkivan kimi qədim bir yerin adı itə bilər, bu isə bağışlanmazdır. Küçədən də, abadlıqdan da dəyərli bizim üçün bu kəndin tarixidir. Tədbirdə haçalanan fikirlər sosial problemlərə qədər davam etdi. Belə ki, fikirlər də səsləndi ki, Ərkivan qəsəbə olanda nə qazandı ki, şəhər olanda nə qazanacaq? Yaxud Masallı şəhəri özü nə gündədir ki, Ərkivan ona birləşəndə nə günə çıxacaq? Amma bizi eşidən kimdir. Bunlar nə istəyirlər, onu da edirlərВ». Daha sonra şikayətçilər bildirirlər ki, onlar Ərkivanın Masallıya birləşməsinə qarşıdırlar və buna imkan verməyəcəklər: “Ərkivanın birləşməsindənsə, ərkivanlıların birləşməsi bizə daha çox fayda verər. Belə olsa idi, 70 ildə bu kənd də öz övladlarından birini özünə deputat seçərdi”. Geri qayıt |