Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: ƏLİ İNSANOV PREZİDENTLİK İDDİASINA DÜŞÜB
ŞOK: ƏLİ İNSANOV PREZİDENTLİK İDDİASINA DÜŞÜB27-08-2012, 15:51 |
![]() YENİ YARANMIŞ BİRLİK ONUN NAMİZƏDLİYİNİ İRƏLİ SÜRÜR DİA.AZ: - В«Əli İnsanov gələn ilki prezident seçkilərində namizə ola bilərВ». Bu şok məlumat redaksiyamızın elektron ünvanına özünü Qərbi Azərbaycanlıların Böyük Birliyi kimi təqdim edən təşkilat tərəfindən göndərilib. DİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, bu gün həbsdə qanunsuz olaraq saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov fəal surətdə siyasi fəaliyyətə başlamaq niyyətindədir və hakimiyyətə qarşı müxalif mövqedə dayanacan. Məlumatda deyilir: В«Əli İnsanovun özü məhbəsdə olsa da, azadlıqda onun xeyli sayda tərəfdarı var və Qərbi Azərbaycanlıların Böyük Birliyi sabiq nazirin prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşır və inanır ki, Azərbaycan xalqı bu gün məhbəsdə olan Əli İnsanovu həbsxanadan prezident kürsüsünə daşıyacaqВ». Onu da qeyd edək ki, özünü В«Qərbi Azərbaycanlıların Böyük BirliyiВ» kimi təqdim edən təşkilat barədə əlavə məlumatlar ala bilmədik. Geri qayıt |