Əsas Səhifə > Ölkə > KEÇMİŞ DEPUTAT MƏHƏKƏMƏYƏ VERİLİR
KEÇMİŞ DEPUTAT MƏHƏKƏMƏYƏ VERİLİR27-08-2012, 14:59 |
EYNULLA FƏTULLAYEVİN AİLƏSİ QƏZƏBLİDİR “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru, sabiq deputat Aynur Camalqızının rəhbərlik etdiyi publika.az saytında avqustun 27-da hüquq müdafiəçisi Eynulla Fətullayevin ailəsinin dağılması barədə xəbər dərc olunub. Xəbərdə deyilir ki, “keçmiş jurnalist, həbsxanadan çıxdıqdan sonra özünü hüquq müdafiəçisi kimi təqdim etməyə çalışan Eynulla Fətullayevin ailəsində ciddi problemlər yaşanmaqdadır. Fətullayevlərin yaxınlarının Publika.Az-a verdiyi məlumata görə, ötən ilin sentyabr ayında “Monte Kristo” şadlıq sarayında toy edib ailə quran E.Fətullayev artıq həyat yoldaşından boşanıb. Daha dəqiqi, ixtisasca həkim olan həyat yoldaşı onu tərk edib. Mənbə bunu münasibətlərin az müddət ərzində həddən ziyadə kəskinləşməsi ilə izah edir”. Bu gün bu xəbərə münasibət öyrənmək üçün hüquq müdafiəçisinə müraciət etdik. E.Fətullayev musavat.com-a açıqlamasında bildirdi ki, xəbər yalandır: “Bu çirkin iftira bütün ailəmizdə narahatlıq və hiddət yaradıb. Həyat yoldaşım Nigar xanım da bu xəbəri hiddətlə oxudu. Hazırda xəbəri yazan jurnalisti məhkəməyə verməyə hazırlaşırıq”. Geri qayıt |