Əsas Səhifə > Ölkə > İRANDAN İLHAM ƏLİYEVƏ QARŞI TƏXRİBAT

İRANDAN İLHAM ƏLİYEVƏ QARŞI TƏXRİBAT


27-08-2012, 14:41
İRANDAN İLHAM ƏLİYEVƏ QARŞI TƏXRİBAT

FARS-MOLLA REJİMİ YENİ HOQQA ÇIXARIR

İranda universitet tələbələri 3 ölkənin dövlət başçısına dialoq dəvəti ünvanlayıb. Tehranda fəaliyyət göstərən 5 tələbə təşkilatı, Azərbaycan Respubalikasının prezidenti İlham Əliyev, Bəhreyn kralı Xalid bin Əhməd Xəlifə və Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləzizi Qoşulmayanlar Hərəkatının sammitində iştirak etdikdən sonra universitetdə tələbələrin suallarını cavablandırmağa dəvət edib.

FaktXeber.com-un İran mediasına istinadən verdiyi məlumata görə, hər üç dövlət başçısına dialoq dəvəti hazırlayan təşkilatlar Könüllü Tələbələr, Vəhdətin Möhkəmlənməsi, İslami Tələbələr, Müstəqil Tələbələr və Ədalətsevər Tələbələr birlikləridir.

DİA.AZ bildirir ki, əslində bu, İranın xüsusi xidmət orqanlarının Azərbaycan prezidentinə qarşı növbəti təxribatı kimi də dəyərləndirilə bilər. Çünki dəvət alan hər üç rəhbərin ölkələrinin rəsmi Tehranla münasibətləri sərindir.

Geri qayıt