Əsas Səhifə > Siyasət, Manşet > İRAN TÜRKİYƏDƏ AZƏRBAYCANIN ƏLEYHİNƏ İŞLƏYİR

İRAN TÜRKİYƏDƏ AZƏRBAYCANIN ƏLEYHİNƏ İŞLƏYİR


27-08-2012, 14:30
İRAN TÜRKİYƏDƏ AZƏRBAYCANIN ƏLEYHİNƏ İŞLƏYİR

FARS-MOLLA REJİMİ QARSI, İĞDIRI, ƏRZURUMU «VEREBOVAT» EDİB

DİA.AZ: - Hər zaman qardaş Türkiyənin rəsmilərinin Azərbaycana qarşı hissolunmaz dərəcədə olsa belə, müşahidə olunan ögeyliyi ilk növbədə elə rəsmi Ankara üçün başağrısına çevrilir. Məsələn, bu bir faktdır ki, zaman-zaman qardaş Türkiyə Diyarbəkir, İğdır, Qars, Ərzurum kimi tarixi Azərbaycan şəhərlərinin keçmişi ilə bağlı ya susub, ya da onların kürdlərə və yaxud da ermənilərə məxsus olduğunu iddia edən qondarma «tarixi faktların» yer aldığı nəşrlərlə diqqətə gəlib.

Doğrudur, son zamanlar bu yöndə müəyyən dəyişikliklər var. Məsələn, iki il əvvəl PKK-nın Türkiyəyə qarşı ərazi iddialarına cavab olaraq qardaş ölkənin nüfuzlu nəşrlərindən olan «Hürriyyət» qəzetində «Diyarbəkir, nə kürdlərin, nə də türklərindir: Bu şəhər qədim azəri şəhəridir» başlığı altında silsilə materiallar dərc olundu ki, həmin materiallar da real tarixi faktlara söykənirdi. Doğrudur, burada qardaş ölkənin media işçiləri Azərbaycan türkünün tarixi haqqının bərpasından daha çox, kürdlərə cavab istəyindən çıxış etmiş oldu. Amma bu halda belə reallığın etirafı ürəkaççan idi.

Onu da bildirək ki, Mustafa Kamal paşa Atatürkün dövründən qardaş Türkiyədə bir yanlış siyasət də yürüdülür. Söhbət Novruz bayramının qeyd olunmasına və şiə inancı kimliyinə malik olanlara bir anlaşılmaz mövqedən gedir. Doğrudur, son zamanlar Novruz Bayramını qeyd edənlər dışlanmır, amma hələ də onların alt şüurunda belə bir fikir var ki, qədim türk bayramı olan Novruzu qeyd edənlər və eyni zamanda şiə inancından olanlar kürdlərdir. Halbuki hər iki faktoru darmadağın edən bir türk dövləti - Azərbaycan var. Və nədənsə bu məsələdə qardaş ölkənin başbilənləri ənənəvi mövqelərindən çəkinə bilmirlər. Bu isə nəticədə həm onları və həm də Azərbaycanı çətin duruma salır.

Bu gün rəsmi rəqəmlərə görə, qardaş Türkiyə ərazisində milyona yaxın köklü Azərbaycan türkü yaşayır. Onlar əsasən, Qars, İcğıdr və Ərzurum şəhərlərində məskunlaşsalar da, 1 milyona yaxın Azərbaycan türkü də məhz yuxarıda qeyd etdiyimiz illərin basqısı nəticəsində kürdləşmiş duruma salınıblar. Bu gün hətta Türkiyənin məşhur pop kralı İbrahim Tatlısəsin mənsubu olduğu nəslin də illər ərzində basqılar nəticəsində kürdləşmiş Azərbaycan türkü olduğu söylənilir.

Təbii ki, bu kimi faktlar daha da betər aqibəti yetişdirməkdədir. Və bu gün DİA.AZ-a Türkiyədəki qaynaqlardan ötürülən informasiyalar da həmin qorxduğumuz BETƏR AQİBƏTDƏN xəbər verir. Türkiyədəki azərbaycanlı tələbələrdən birinin verdiyi məlumatdan aydın olur ki, son illərdə İranın xüsusi xidmət orqanları şiə inancından olan və Türkiyə vətəndaşı olan minlərlə Azərbaycan türkünü «verebovat» edərək İranın mənafeləri yönündə çalışdırmaqdadır:

«Onların arasında Qarsdan və İğdırdan olanlar çoxluq təşkil edir. Əslində Türkiyədəki soydaşlarımızı qınamaq da olmur. Çünki şiə olduqlarından uzun illər basqı altında olublar və onlar İranı öz doğma ölkələri hesab edirlər və hətta İranı özlərinə Azərbaycandan da yaxın bilirlər. Çünki İran onlara xüsusi şərait yaradıb. Bu gün Qarsın, İğdırın azərbaycanlı əhalisi Azərbaycan dövləti ilə ticari əlaqələri problemli şəkildə həyata keçirirsə, İran tərəfi onlara geniş imkan yaradıb. Məlumdur ki, son zamanlar kürdlər bu bölgəyə məqsədli şəkildə köçürülür. Yerli azərbaycanlı əhali isə sıxışdırılır və maddi imkansızlıqdır».

Mənbəmiz bildirir ki, bu səbəbdən də İranın xüsusi xidmət orqanları minlərlə soydaşımızı ələ keçirib və onlar üçün bu gün İran bir müqəddəs ünvandır: «Gələcəkdə onlardan həm Azərbaycana və həm də Türkiyəyə qarşı istifadə olunarsa, kimsə şübhələnməsin. Əgər hər iki türk dövlətinin rəhbərliyi müdaxilə etməzsə, vəziyyət daha da kritik ola bilər. Rəsmi Bakı Qarsda və İğdırda məktəblər açmalı, Naxçıvan yolu ilə oradakı şəhərlərimizi bağrına basmalıdır».

Geri qayıt