Əsas Səhifə > Hadisə > TƏRTƏR SAKİNİ ÖZÜNÜ MEYVƏ AĞACINDAN ASDI

TƏRTƏR SAKİNİ ÖZÜNÜ MEYVƏ AĞACINDAN ASDI


27-08-2012, 12:30
TƏRTƏR SAKİNİ ÖZÜNÜ MEYVƏ AĞACINDAN ASDI

69 YAŞLI MƏRHUM XƏSTƏ İMİŞ

Tərtər sakini Vətən Əhmədov intihar edib. Hadisə bu gecə Tərtər şəhəri Nizami küçəsi 62 ünvanında baş verib.

SalamNews-un verdiyi xəbərə görə, bu ünvanda yaşayan Əhmədov Vətən Novruz oğlu özünü həyətdəki meyvə ağacından asıb. 69 yaşlı Vətən Əhmədov bir müddətdir xəstəlikdən əziyyət çəkirmiş. İlkin ehtimala görə, intiharın səbəbi də budur.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdrma aparılır.

Geri qayıt