Əsas Səhifə > Gündəm, Manşet > NURÇULAR AZƏRBAYCANI NECƏ ƏLƏ KEÇİRİB?
NURÇULAR AZƏRBAYCANI NECƏ ƏLƏ KEÇİRİB?26-08-2012, 13:31 |
HƏM MÜTƏLLİBOVUN, HƏM ELÇİBƏYİN, HƏM DƏ YAP-IN HİMAYƏSİ ALTINDA... DİA.AZ: - Nurçuların Azərbaycandakı fəaliyyəti ilə bağlı indiyə qədər kifayət qədər yazılar dərc edilib. Və keçən saylarımızın birində verdiyimiz məlumatda qeyd etmişdik ki, bu təriqətə məxsus olan “Qafqaz” universiteti sən demə, PKK düşüncəli tələbələrin əsas məskənlərindən biri imiş. Bu barədə verilən məlumatda bildirilir ki, hətta bu ali tədris ocağında PKK terrorçuları üçün kadr da hazırlanır. Hər halda, ideoloji baxımdan... Qeyd edək ki, müstəqilliyimiz bərpa olunduqdan sonra qardaş Türkiyədən Azərbaycana təhsil və iş dalınca gələnlərin sayı durmadan artmağa başladı. 70 illik ayrılıqdan sonra iki qardaş ölkənin vətəndaşları bir-birilərinə sıcaq münasibət bəslədilər ki, bundan sui-istifadə edənlər də tapıldı. Özü də hər iki tərəfdən… Artıq elə bir təhlükəli məqam yetişib ki, keçən əsrin 90-cı illərinin əvvələrində olan münasibətlər yetərincə zədələnib. Bunun isə kifayət qədər ciddi səbəbləri var. Həm Türkiyədən və həm də Azərbaycandan daha çox işbazların hər iki ölkəyə səfər etməsi və bu zaman daha çox ciblərini düşünmələri iki qardaş xalqın münasibətlərinə ciddi təsir göstərdi. Çünki bu zaman ticari maraqlar milli maraqları xeyli dərəcədə üstələmiş oldu. Hər halda, bu gün hər kəs etiraf edər ki, məsələn 20 il əvvəl Türkiyə türklərinə olan münasibətə Bakıda rast gəlinməz. Eləcə də Ankarada biz 20 il əvvəlki qədərində sevilmirik. Yenə də təkrarlayırıq ki, buna səbəb kimi məhz yuxarıdakı faktorlar çıxış etməkdədir. Azərbaycandan Türkiyəyə gedənlərdə olduğu kimi Türkiyədən də Azərbaycana gələnlər tamam fərqli maraqlardan çıxış etmələrinin bədəlini bu gün bu qardaş ölkədən gələn hər kəsə ödətməklə məşğuldurlar. Nə əvvəlki mehribançılıq, nə də əvvəlki canıyananlıq müşahidə olunur. Bu əsnada daha çox diqqətçəkən faktorlardan biri də Türkiyədən Azərbaycana ixrac olunan nurçuluq ideyasıdır. Artıq bu təhlükə barədə Azərbaycan cəmiyyəti yetərincə məlumatlıdır. Amma buna rəğmən nurçuların yeni işləkləri ilə bağlı çox ilginc faktlar əldə etmişik. DİA.AZ-a bu barədə danışan mötəbər qaynağın sözlərindən belə məlum olur ki, bu gün Azərbaycanda çox ciddi şəbəkəyə malik olan nurçular əməlli-başlı sistem yaradıblar: «Onların hər yerdə adamları var. Həm müxalifətdədirlər, həm iqtidarda. Həm xalqın arasındadırlar, həm də bütün istiqamətlərdə. Onlar bu neçə ildə məhz toxunulmazlıqlarının hesabına çox ciddi şəbəkə qurmağa müvəffəq olublar». Mənbə xatırladır ki, həm Ayaz Mütəllibov, həm Əbülfəz Elçibəy və həm də YAP iqtidarları zamanında eyni xoş münasibəti görən nurçuların əslində indiki mərtəbəyə gəlib çıxmaları o qədər də təəccüblü deyil. Mənbə məlumatında bildirir ki, Azərbaycan vətəndaşları arasında öz işini quran nurçu şəbəkəsi eyni zamanda Türkiyədən Azərbaycana oxumaq üçün gələn türkiyəliləri də hədəfə alıblar: «Onların «Qafqaz» Universitetinin tələbələri üçün inşa etdirdikləri yataqxanalar əslində bu ali tədris ocağında təhsil alanlardan daha çox Türkiyədən gələnlər üçün nəzərdə tutulub». Mənbə bildirir ki, Türkiyədən Azərbaycana gələn tələbələrin qarşısına çıxan ilk problem qala bilmələri üçün yer problemi olduğundan, bu səbəblə onların böyük əksəriyyəti məhz nurçuların nəzarəti altına keçir: «Hər il təxminən 1000-ə yaxın Türkiyədən Azərbaycana təhsil dalınca gələn olur və onların əksəriyyəti də məhz nurçuların kontrolu altına keçir». Bundan sonra həmin tələbələrin üzərində işləndiyini bildirən qaynaq iddia edir ki, onlarla iş üzrə nurçuların xüsusi nümayəndəsi belə fəaliyyətdədir: «Onlara «Damla» yataqxanasında və nurçuların nəzarətində olan digər yaşayış yerlərində qala bilmələri üçün şərait yaradılır və bu yolla onlar nurçulardan asılı vəziyyətə düşür». Ən təhlükəlisi isə bundan sonra başlayır. Mənbə bildirir ki, Azərbaycanda təhsil alan türkiyəli tələbələrin böyük əksəriyyətinin Milli kökən baxımından kürd əsilli olması (çünki Türkiyədə təhsil haqqı baha olduğundan Azərbaycana daha çox imkansız kürd ailələrinin övladları təhsil ardınca gəlirlər) burada xüsusi əhəmiyyət daşıyır: «Burada əməlli-başlı PKK kampı qurublar. «Damla» yataqxanasında açıq-aşkar toplaşan və öz iclaslarını keçirən PKK qafalı tələbələr hətta Türkiyədə PKK-nın sivill forması kimi tanınan Barış və Demokratiya Partiyasının Bakı bürosunu da qurublar». Təbii ki, artıq bu məsələ Azərbaycanın milli dövlət maraqlarını hədəfə aldığından bununla müvafiq qurumların ilgilənməsi daha vacibdir. Onu da bildirək ki, fətullahçıların Azərbaycandaböyük bines şəbəkələri, Azərbaycan mediasında dayaqları da var ki, bu barədə növbəti araşdırmalarımızda sizi bilgiləndirəcəyik. QEYD: Nurçuluq zamanında Türkiyədə kürd üsyanlarına başçılıq etmiş, “Kür Millətçiliyi” kitabına müəlliflik etmiş, kürdləri türklərə qarşı açıq mübarizəyə səsələmiş, ilk əvvəl “Səid Kürdi” imzası ilə tanınmış, sonradan Bədiüzzaman Səid Nursiyə çevrilmiş din fırıldaqçısı tərəfindən müsəlmanların parçalanması üçün ortaya atılan və bu gün kürd millətçiliyinə xidmət edən bir ideyadır. Geri qayıt |