Əsas Səhifə > Güney Press / Manşet > İPƏKÇİLİK SEKTORUNU RƏSMƏN MƏHV EDİRLƏR
İPƏKÇİLİK SEKTORUNU RƏSMƏN MƏHV EDİRLƏR25-08-2012, 17:18 |
![]() SONUNCU İPƏK İSTEHSALÇISI OLAN “ŞƏKİ-İPƏK” ASC TƏNƏZZÜL EDİR DİA.AZ: - Bildirək ki, bu ilki barama mövsümündə Azərbaycanda biabırçı həddə – cəmi 7 ton, barama istehsal edilib. Bu isə ipəkçiliyin məhv olması deməkdir. Və bu da öz növbəsində barama tədarükünə söykənən istehsalçı sektorun məhvi anlamını daşıyır. Müqayisə üçün bildirək ki, Sovet dövründə 1 ildə 5 min ton barama istehsal edilirdi və o vaxt Şəki İpək İstehsal Birliyində 7 min nəfər işləyirdi, indi isə bu rəqəm təxminən 500 nəfərə bərabərdir. Sovetlər Birliyi zamanında Şəkidə 1 ildə toxunan parçanın uzunluğu Yer kürəsinin diametrinə bərabər idisə, indi kəlağayıdan başqa demək olar ki, heç nə toxunmur və barama tədarük olunmasa, onun da istehsalı təbii ki dayanacaqdır. Bu isə həm də azından 400 nəfərin də işsiz qalması deməkdir! Onu da bildirək ki, ölkəmizdə baramanın yeganə alıcısı olan “Şəki-İpək” ASC məhz yaranmış situasiyanın nəticəsi olaraq özünü müflis elan etməyə hazırlaşır. Bu barədə DİA.AZ-a Şəkidəki qaynaqlardan məlumat veriblər. Məlumatda deyilir ki, bu ilki barama tədarükünün qat-qat aşağı olması faktiki olaraq ASC-nin özünü buraxması üçün bir nədəndir. Mənbə bildirir ki, “Şəki-İpək” ASC baramanı xarici ölkələrdən almaq fikrinə düşsə də, buna nail olmayıb. Çünki barama istehsalçısı olan ölkələr bir necə ildir, baramanı strateji məhsul kimi qoruyurlar və xaricə satmırlar. Məhz bu səbəbdəndir “Şəki-İpək” ASC düz 2 ildir ki, xaricdən barama ala bilmir və şirkətin azı 300 nəfər işçisi olan Baramaaçan istehsalatı sexi də bu səbəbdən fəaliyyətini dayandırıb. Son yaranmış situasiya isə “Şəki-İpək” ASC-nin özünün taleyini şübhə altına aıb. Hər halda bu gün milyonları sağa-sola xərcləyən, “Avroviziya” kimi yarışlara neft pullarını axıdan rəsmi Bakı ipəkçilik sektorunun rəsmən tənəzzülünü sükutla müşahidə etməməlidir. Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |