Əsas Səhifə > Sosial, Manşet > TƏLƏBƏ QIZIN MÜƏLLİMİ İLƏ BAĞLI ŞOK ETİRAFI

TƏLƏBƏ QIZIN MÜƏLLİMİ İLƏ BAĞLI ŞOK ETİRAFI


25-08-2012, 14:47
TƏLƏBƏ QIZIN MÜƏLLİMİ İLƏ BAĞLI ŞOK ETİRAFI

KƏSİRİ DÜZƏZƏLDƏ BİLMƏSİ ÜÇÜN TƏLƏBƏ QIZDAN NƏ İSTƏNİLİB?

DİA.AZ: - Azərbaycanın ali məktəblərinin birində baş verən tükürpədici olayla bağlı məlumatlar yayılıb. Bildirildi ki, ali məktəblərinin birində təhsil alan bir qrup tələbə qız müəllimlərdən birinin onlara əxlaqsız təklifdə bulunduğunu iddia edib. Onların müraciətdə çox ilginc məlumatlar verilib. Amma müraciətdə yer alan fikirlərlə bağlı dəqiq bilgilər əldə edə bilmədiyimizdən çəkilən adları açıqlamayacağıq.

Belə ki, müraciət müəlliflərinin sözlərinə görə, onlar Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından birinin tələbələridir. Və müəlliflərin sözlərinə görə, onların təhsil aldıqları ali məktəbdə müəllimlər nəinki rüşvət almaqdan çəkinmirlər, hətta tələbə qızxlara imtahan qiymətlərinin müqabilində əxlaqsız təkliflər də edirlər.

DİA.AZ-a daxil olan müraciətdə deyilir: «… müəllim imtahandan kəsilmiş tələbə V.C-yə axşam onun qiymətlərini düzəldə biləcəyini söylədi. V.C-də axşam iş vaxtı olmadığını, harada təkrar imtahan verə biləcəyini soruşduqda müəllim ona «bilirəm» deyib Bakıdakı restoran-saunalardan birinin ünvanı yazılmış kağızı verdi. Və bildirdi ki, bü ünvana saat 9-da gələ bilsə, imtahan problemi nədir, ali məktəbi qızıl medalla bitirəcək».

Təbii ki, belə bir hadisənin baş verməsi nəinki Azərbaycan müəlliminin adına, ümumiyyətlə, təhsil sisteminin adına olan biabırçılıq və dəhşət deməkdir.

Onu da bildirək ki, redaksiyamızın elektron poçtuna həmin dəhşətli təklifi alan tələbə qızla söhbətin əks olunduğu material daxil olub. Anonim mənbələrdən yollanan materialın nə qədər həqiqətə uyğun olduğunu bilməsək də, hadisənin cəlbediciliyi redaksiyamıza daxil olan dialoqu sizin də diqqətinizə çatdırmağımızı qərarlaşdırmağa səbəb oldu.

Onu da qeyd edək ki, bu hadisə Azərbaycanın ali təhsil ocaqlarında tələbə qızlarla bağlı baş verən ilk fakt deyil. Məsələn, bir zamanlar nəşr olunan «Kokteyl» qəzetində bir dəfə Tibb Universitetinin qızlar yataqxanasında qalan bir qrup tələbə qızın məktubu dərc olunmuşdu. Doğrudur, sonradan məktubun məhz iddia olunan qızlar tərəfindən yazıldığını sübut etmək mümkün olmadı. Amma hadisənin özü və məktubda yazılanlar böyük ajiotaj yaratdı. Belə ki, «Kokteyl» qəzetində yer alan məktubun müəlliflərindən olan Səbinə adlı qız iddia edirdi ki, onların yataqxanasında bütün qızlar gecə boyu əxlaqsızlıqla məşğuldurlar: «Hətta bu işdə yataqxananın komendantı sutenyor kimi iştirak edir».

Və onu da xatırladaq ki, bu hadisənin izi ilə o zamanlar ANS telekanalı da müəyyən araşdırmalar aparmış, həm o zamankı «AMİ»nin qızlar yataqxanasından reportaj hazırlamışdı, həm də ali məktəbin müəllimlərini danışdırmışdı. Təbii ki, bununla da ortaya heç bir dəlil-sübut çıxarılmamışdı.

Bunun ardından daha bir fakt ortaya çıxarıldı. Belə ki, artıq fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetində də bəzi müəllimlər tərəfindən tələbə qızlara əxlaqsız təkliflərin edilməsi barədə dövrü mətbuatda bilgilər yer aldı. Onu da bildirək ki, bu faktların heç biri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmadı. ABU ilə bağlı deyilənlər isə daha dəhşətli bir mənzərəni ortaya qoymaqda idi. Hətta müəllimlərdən birinin birinci kurs tələbəsi olan bir qıza təcavüz etməsi barədə iddialar da səslənmişdi.

Bu günlərdə isə Tibb Universitetinin yaşlı bir müəlliminin əxlaqsız təkliflə tələbəsinə müraciət etməsi məlum oldu və bu hadisə də böyük səs-küy yaratmışdı.

DİA.AZ-a ünvanlanan dialoq mətnindən də aydın olur ki, bəzi müəllim adını daşıyan şəxslər tələbə qızları əsasən imtahan sezonunda «ələ keçirirlər». Müsahibə xarakterli dialoqu təqdim edirik:

- Sənə müəllimin niyə bu təklifi etdi?
- İmtahanından kəsirim var idi. Və mən də nə zaman kəsiri düzəldə biləcəyimi soruşdum. Müəllim də mənə qayıdıb dedi ki, elə bu axşam. Mən də sual etdim ki, axı axşam universitet işləmir, burda kimsə olmaz. Müəllim də bu zaman mənə təklif etdi.

- Heç əvvəllər həmin müəllimdən şübhələnmişdin?
- Bir az. Hər zaman məni süzdüyünü hiss edirdim. Amma ağlından belə şeyləri keçirəcəyini heç gözləmirdim. Fikirləşirdim ki, ola bilsin məndən xoşu gəlir, bu qədər. Daha irəli gedəcəyini gözləmirdim.

- Müəllimin təklifi necə etdi?
- Mən imtahanın axşam harda verəcəyimi soruşdum. O da mənə bu zaman kağız uzatdı və bildirdi ki, axşam saat 9-da kağız yazılan ünvanda olum. Mən də həmin ünvanın hara olduğunu soruşdum. Müəllim dedi ki, oturub bir balaca çörək yeyərik, sonra da səndən imtahan götürərəm. Mən artıq bu «imtahanın» nə imtahan olacağını təxmin etmişdim. Odur ki, müəllimə çox sərt sözlər dedim və bildirdim ki, atam yaşında kişisiniz, öz qızınıza belə təklif edən olsaydı, nə edərdin.

- Sonra nə oldu?
- O da özünü elə apardı ki, sanki mən ona nəsə əxlaqsız təklif etmişəm. Qızının adını çəkəndə isə bərk əsəbiləşdi və mənə dedi ki, onun qızı mənim tayım deyil. Mən də ondan necə olduğumu soruşdum. Hər halda insana geyiminə görə qiymət verməzlər. Mən dəblə geyinən qızam və bu müəllim də məni kiminləsə qarışıq salıb.

- Bu hadisə ilə bağlı polisə müraciət etmisənmi?
- Yox, heç evdəkilərə də danışmamışam. Yalnız rəfiqəmə danışdım, o da mənə məsləhət gördü ki, mətbuata məktub yollayaq. Amma bu işin polis tərəfindən araşdırılmasını istəmirəm. Adım bədnam olar. Bundan qorxuram. Evdəkilər də bu məsələyə pis reaksiya verə bilərlər. O müəllim üçün də pis olar. Elə yaxınlarımın da nəsə törədib, bundan hamımıza əziyyət verməsini istəmirəm. Ona görə də susmağa üstünlük verirəm. Amma redaksiyaya məktub yollamağa ona görə razı oldum ki, qoy hamı belə bir müəllimin olmasından məlumatlı olsun. Təhsil Nazirliyi müəllimlərin əxlaqına da nəzər yetirsin, onlara nəzarət etsin. Təbii ki, mən edilən təklifə razılaşmamışam. Amma razılaşanlar da var. Bundan da xəbərim var. İyrənc bir şeydir. Və bunu təhsil nazirliyi durdurmalıdır.

Geri qayıt