Əsas Səhifə > Hadisə > RAMİL USUBOVLA BİR SAATLIQ GÖRÜŞ

RAMİL USUBOVLA BİR SAATLIQ GÖRÜŞ


25-08-2012, 13:15
RAMİL USUBOVLA BİR SAATLIQ GÖRÜŞ

NAZİR ZƏRDAB OLAYINI NƏZARƏTƏ GÖTÜRÜB

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün daxili işlər naziri Ramil Usubovla görüşüb.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, görüşdə insan hüquq və azadlıqları, polis idarələri və şöbələrinin müvəqqəti saxlanma təcridxanalarındakı vəziyyət müzakirə olunub:

“Bir saat çəkən görüş zamanı bəzi məsələlər haqında fikir mübadiləsi apardıq. Ramil Usubov bildirdi ki, yaxın vaxtlarda bir neçə rayonda yeni, müasir standartlara cavab verən polis şöbələri və müvəqqəti saxlanma təcridxanaları tikiləcək. Həmçinin Zərdab Rayon Polis Şöbəsində dünyasını dəyişən Hüseynov Arzu Yusif oğlunun ölümü ilə bağlı da danışıqlarımız oldu. Nazir bildirdi ki, məsələ onun nəzarətindədir. Ramil Usubovun nəzarəti ilə həmin məsələ tam obyektiv araşdırılır. Paralel olaraq rayon prokurorluğu da araşdırmalara başlayıb”.

Geri qayıt