Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN QƏLƏMİNİ KİMLƏR QIRIR?

ZİYA MƏMMƏDOVUN QƏLƏMİNİ KİMLƏR QIRIR?


25-08-2012, 13:07
ZİYA MƏMMƏDOVUN QƏLƏMİNİ KİMLƏR QIRIR?

NN ŞEFİ İLƏ BAĞLI YENİ HƏRƏKƏTLƏNMƏ: NAZİR ETİMADINI İTİRİB

DİA.AZ: - 2005-ci ilin 17 oktyabr hadisələrini dəyərləndirərkən ekspertlər belə bir fikir yürüdürlər ki, əslində həmin olaylar hansısa inqilab tədarükünün önlənməsi kimi qəbul oluna bilməzdi. Əslində sonradan bunu elə iki nazirinin qollarını qandallayan YAP iqtidarı da dolayı yolla etiraf etmiş oldu. Hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov və digərləri «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunsalar da, iqtisadi cinayətlərə görə mühakimə olunaraq, cəza aldılar.

Doğrudur, indinin özündə də belə bir versiya var ki, sabiq nazirlərin sözügedən ittihamla, yəni «dövlət çevrilişinə cəhd» ittihamı ilə mühakimələri mümkündür. Elə bunu bir zamanlar rəsmi dillər də ifadə etmişdi. Bildirilirdi ki, hazırda ABŞ-a sığınan keçmiş parlament sədri Rəsul Quliyev Azərbaycana gətiriləndən sonra sabiq nazirlərə qarşı bu ittiham üzrə cinayət işi açılacaq. Lakin sonradan baş verənlər - keçmiş nazirlərlə birgə həbs olunmuş Prezident Administrasiyasının işlər idarəsinin keçmiş müdiri Akif Muradverdiyevin azadlığa buraxılması belə bir gözləntini puça çıxarmış oldu. Yəni hətta sağlıq durumunun qənaətbəxş olmaması şəraitində belə Akif Muradverdiyev də eyni ittiham üzrə cavabdeh tərəf hesab olunurdu.

Ekspertlər bildirir ki, əslində həmin dönəmdə «dövlət çevrilişinə cəhd» şousunun yaradılması daha çox kənar qüvvələrə meydan oxunması kimi qəbul edilsə də, həm də iqtidariçi oyunlarda qalib gələn tərəflərin öz zəfərlərinin təqdimatı kimi də dəyərləndirilməlidir. Həmin ərəfədə Kəmaləddin Heydərov, Ramiz Mehdiyev, Əli İnsanov və Fərhad Əliyev bir münaqişəyə cəlb olunmuşdular. Kəmaləddin Heydərovla Ramiz Mehdiyev anlaşdıqlarından və onları birləşdirən ümumi xəttin - Rusiya xəttinin olması səbəbindən Əli İnsanovla Fərhad Əliyev zəif duruma düşürülərək həbs olundular. Yəni ola bilərdi ki, Kəmaləddin Heydərovla Ramiz Mehdiyev məğlub olsun və o halda, onlar həbsxanaya göndəriləcəkdi. Və o zaman onlar «dövlət çevrilişinə cəhd» etməkdə suçlu bilinəcəkdi.

Yəni nə Əli İnsanovun və nə də Fərhad Əliyevin Azərbaycanda hakimiyyəti dəyişmə istəkləri heç bir zaman olmayıb. Əli İnsanovun müxalifliyi də onun həbsxanaya düşməsindən sonra başlayıb. İsa Qəmbərdən, Əli Kərimlidən, Rauf Arifoğludan üzr istədikdən sonra keçmiş nazir özünün müxalifətdə dayandığını rəsmən elan edirsə, deməli, dediklərimizin həqiqət payı olduqca yüksəkdir.

İndii isə anoloji situasiya nəqliyyat naziri Ziya Məmmədovla bağlı yaşanmaqdadır. Bu gün Kəmaləddin Heydərov-Ramiz Mehdiyev çəmbərinə salınan NN şefi əgər proseslərdən qalib kimi ayrıla bilməsə, keçmiş nazirlərin aqibəti olmasa da, ona yaxın bir taleni yaşamalı olacaq.

Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyadan da aydın olur ki, rəqibləri Ziya Məmmədovu əməlli-başlı küncə sıxışdırmağa müvəffəq olublar: «Artıq Ziya Məmmədovun zərərsizləşdirilməsi prosesi də gedir. Bu barədə cəmiyyət məlumatsız tutulsa da, hakimiyyət dəhlizlərində hər şey danışılır»ö

Mənbəmizin sözlərinə görə, «yuxarıların» etimadını itirən NN şefinə qarşı ilkin olaraq maliyyə sanksiyaları tətbiq olunmaqdadır: «Ziya Məmmədov bu yaxınlarda varidatının böyük bir hissəsindən imtina etmək zorunda qaldı. Təxminən 500 milyon ABŞ dolları həcmində vəsait hakimiyyətə yaxın başqa bir şəxsin adına keçdi. Proses bitməyib və davam edir. Ziya Məmmədovun özü isə məsələnin nə yerdə olduğunu anladığından, onunla bağlı planın icrasını sükutla izləmək zorundadır. Əks halda, «gözü çıxmış qardaşlarının» aqibətini yaşaya bilər».

Geri qayıt