Əsas Səhifə > Güney Press / Manşet > TAHİR SÜLEYMANIN HƏBSİ XƏBƏRİ YAYILDI
TAHİR SÜLEYMANIN HƏBSİ XƏBƏRİ YAYILDI24-08-2012, 17:35 |
![]() В«BUNA GÖRƏ AZƏRBAYCANDA KİMİ TUTURLAR Kİ?В» DİA.AZ: - Bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamaları ilə yerli cəmiyyətin qınaq hədəfinə çevrilən В«Kürd DiplomatВ» qəzetinin baş redaktoru Tahir Süleymanın Milli Təhlükəsizlik Nazirliyinə çağrılaraq dindirilməsi və bunun ardından da saxlanılması ilə bağlı xəbər yayılıb. Bildirək ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayıldığından dəqiq qaynağı müəyyən etmək mümkün olmayıb. Xatırladaq ki, bir neçə gün əvvəlki açıqlamasında Tahir Süleyman minlərlə türkü qətlə yetirən PKK terror təşkilatını kürdlərin milli azadlıq hərəkatı kimi təqdim etməklə yanaşı, özünün absurd mülahizələrini də ortaya qoymuşdu. Onun sözlərindən belə aydın olurdu ki, hətta böyük türk oğlu Səməd Vurğun da milliyyətcə kürd olub. Əslində ermənilərin bir zamanlar başladığı və nəticədə özlərinə Azərbaycan torpaqlarında dövlət qurmağa və əlavə olaraq da Qarabağın işğalına qədər gəlib çıxdıqları bir prosesin əvvəlini - Azərbaycan türkünün ümummilli dəyərlərinin mənimsənilməsi prosesini xatırladan buk imi sərsəm fikirlərə diqqət ayırmamaq da olardı. Amma acı keçmişimiz yenə də ayıqlığı tələb edir. Tahir Süleymanın həbsinə gəlincə isə bu barədə yayılan xəbərləri dəqiqləşdirmək üçün onun özü ilə əlaqə saxladıq. DİA.AZ-a açıqlamasında PKK yanlısı azadlıqda olduğunu, deyilənlərin isə həqiqətə uyğun olmadığını bildirdi: В«Azərbaycan demokratik ölkədir və hər kəs düşündüyünü azad şəkildə ifadə edə bilər. Buna görə Azərbaycanda kimi tutublar ki, məni də tutsunlar?В» Onu da bildirək ki, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bir neçə gün əvvəl Tahir Süleymanın həbs olunması tələbi ilə çıxış etmişdi. Geri qayıt |