Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI İDARƏ MÜDİRİNDƏN В«DOLYAВ» TƏLƏB EDİR

İCRA BAŞÇISI İDARƏ MÜDİRİNDƏN В«DOLYAВ» TƏLƏB EDİR


24-08-2012, 17:03
İCRA BAŞÇISI İDARƏ MÜDİRİNDƏN В«DOLYAВ» TƏLƏB EDİR

TURİZM İDARƏSİNİN MÜDİRİ VİLYAM HACIYEVƏ NECƏ MÜQAVİMƏT GÖSTƏRİR?

DİA.AZ: - Son günlər yenidən populyarlaşan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu olan Vilyam Hacıyevin rəhbərlik etdiyi İmişli rayonunda vəziyyət yenidən qarışmaq üzərədir. Bu barədə DİA.AZ-a rayondakı mənbələrdən verilən xəbərlərdə bildirilir ki, İmişli rayon turizm idarəsinin rəisi Hasil Tağıyev nədənsə Vilyam Hacıyevin qəzəbinə səbəb olub.

Əslində Vilyam Hacıyevin Hasil Tağıyevdən nə istədiyi məlumdur, sadəcə olaraq istədiyinin miqdarı çox olduğundan idarə müdiri В«yuxarıdakıВ» himayədarlarından dəstək istəməli olub. Bu barədə danışan mənbə iddia edir ki, Hasil Tağıyevin üzərinə İmişli rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Çingiz Balayevi salan Vilyam Hacıyev idarə müdirindən nə az, nə çox 100 min manat pul tələb edir.

Mənbə bildirir ki, bunun qarşılığı olaraq isə Vilyam Hacıyev Hasil Tağıyevə vəzifə başında hələ beş il də qala biləcəyini vəd edir. Amma İmişli kimi başqa rayonlarda anoloji postun o qədər də baha olmadığını bilən Hasil Tağıyev başçıya yalnız 50 min manat pulu verə biləcəyini söyləsə də, Vilyam Hacıyev bununla razılaşmayıb və artıq İmişli məmurları arasında ədavət yaranıb.

Məlumatlara görə, bundan sonra başçının hücumlarından qoruna bilməsi üçün yollar axtaran Hasil Tağıyev həm В«yuxarıdakıВ» himayədarlarına ağız açıb, həm də İmişli rayonundakı korrupsiya faktlarını müxtəlif dövlət qurumlarına, həmçinin yerli KİV-lərə ötürməklə də özünün hədəf olmasından yayınmağa çalışır.

Amma bütün bunlara rəğmən Vilyam Hacıyevin Hasil Tağıyevə istədiyi məbləği gətirməsi üçün bir həftəlik vaxt verdiyi də söylənilir.

Geri qayıt