Əsas Səhifə > Güney Press / Manşet > ƏBÜLFƏS QARAYEV NAZİR POSTUNDAN ALINIR

ƏBÜLFƏS QARAYEV NAZİR POSTUNDAN ALINIR


24-08-2012, 16:49
ƏBÜLFƏS QARAYEV NAZİR POSTUNDAN ALINIR

ONUN BAŞQA BİR YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLƏCƏYİ DEYİLİR

DİA.AZ: - Uzun illərdir nazir postunu tutan Əbülfəs Qarayevin də görəvdən alınma vaxtı yetişib. Bu barədə DİA.AZ-a məlumat verən hökumət içindəki bilgili qaynağın iddialarına görə, mədəniyyət və turizm nazirliyində ümumi olaraq kadr islahatlarının həyata keçirilməsi planlaşdırılır.

Məlumatı verən mənbənin sözlərindən belə aydın olur ki, elə islahatların ilk hədəfi Əbülfəs Qarayevin özü olacaq: В«Son zamanlar həm kinematoqrafçılar birliyi ilə bağlı yaranan qalmaqal və həm də mədəniyyət adamlarının əksəriyyətinin az qala müxalifləşməsi hakim elitaya kifayət qədər yaxın olan Əbülfəs Qarayev üçün əlavə problemlər yaradıbВ».

Mənbə bildirir ki, Əbülfəs Qarayev bu ilin sonlarına qədər vəzifəsindən alınacaq: В«Artıq belə bir qərar verilib. Və bundan sonra nazirliyin strukturlarında kadr islahatlarının həyata keçirilməsi nəzərdə tutulurВ».

Onu da bildirək ki, bir başqa qaynaqlar Əbülfəs Qarayevin hədəfə alınmasının nədənini bir başqa şəkildə izah etdilər. Bildirək ki, qeyri-etik şəkildə olan bu izahatı diqqətinizə çatdırmasaq da, yalnız bildirilir ki, Qarayev vəzifəsiz qalmayacaq, onun yeni görəvə təyin olunması da planlaşdırılır.

Geri qayıt