Əsas Səhifə > Güney Press / Manşet > В«GÜLBAXTВ»DAKI QALMAQAL YENİ MÜSTƏVİDƏ
В«GÜLBAXTВ»DAKI QALMAQAL YENİ MÜSTƏVİDƏ24-08-2012, 14:37 |
![]() SAHİBKARLARA DİVAN TUTAN CAVANŞİRLƏ HAQQ-HESAB ÇƏKİLƏCƏK DİA.AZ: - Bir müddət əvvəl Qaradağ rayonu ərazisində yerləşən В«GülbaxtВ» daş karxanasında yaşanılan hadisələr ölkə gündəmini o qədər məşğul etmişdi ki, hətta ara-sıra belə bir təəssürat da yaranırdı ki, bəlkə elə ölkənin taleyi В«GülbaxtВ»da həll olunur. Əslində В«GülbaxtВ»la bağlı qalmaqalın bu şəkildə şişməsinin əsl nədənləri hər kəsə məlum idi. Ortada böyük pullar uğrunda mübarizə gedirdi və artıq həmin mübarizə tərəflərdən birinin qələbəsi ilə başa çatıb. Bu barədə az sonra, hələliksə… Bir daha vurğulayaq ki, Qaradağda “Gülbaxt” Karxanasında baş verən hadisələr uzun müddət mətbuatın gündəmindən düşmədi. YAP-çı iş adamının bıçaqlanması, rayonun hüquq-mühafizə orqanlarının məsələdə tərəf rolunu oynamaları ilə bağlı xəbərlər mətbuatın diqqətinin bu əraziyə yönəltdi. Rəsmilərin susduğu, şikayətçi sayının günü-gündən artması burada ciddi problem olduğunu göstərirdi. Bir qrup xuliqanın meydanda at oynadığı bir vaxtda rayonda insanların təhlükəsizliyinə çavabdeh olan qurumların keçmiş spiker Rəsul Quliyevin qohumlarının da içində olduğu mütəşəkkil dəstəyə şərait yaratması şübhələri artırdı. Akif Məmmədovla yanaşı Qarabağ qazilərinə məxsus ticarət obyektlərinin də problem yaradılması, əslən Yardımlıdan olan Zahid adlı iş adamının da obyektinin əlindən alınması “yuxarılar”dan dəstək alan bir qrupun özbaşınalıqda hədd tanımadığını ortaya qoyurdu. Bəs Qaradağda nə baş verirdi? “Gülbaxt” Daş Karxanası ilə bağlı araşdırmalarımız zamanı bəlli oldu ki, əslində bu ərazidə qarşıdurmanın baş verməsinin, “reketlər”in iş adamlarına gün-işıq verməməsinin arxasında ciddi nüansları yatır və artıq həmin reketlər qalib gəldiklərindən, özlərini qalib hiss etdiklərindən kimsə bu barədə nə danışır, nə də kimisə sorğu-sual edirlər. Məsələ burasındadır ki, bu karxananın həqiqi müqaviləsi olsa da, saxta sənədlərlə karxana 10-dan çox iş adamına satılıb. İş adamlarından toplam 3 milyon manat pul toplayan karxananın Cavanşir adlı sahibi əslində qalmaqalın təməlini qoyub. Fırıldaqçılıqla ayrı-ayrı iş adamlarına eyni ərazini (saxta sənədlərlə) satan Cavanşir Qaradağda qan tökülməsinə yol açan qarşıdurmaların da əsas səbəbkarı idi. Cavanşiri kim müdafiə edir? Maraqlıdır ki, belə bir cinayət əməlinə imza atan şəxs Qaradağda əlini-qolunu sallayaraq gəzir, istədiyi vaxt dövlət qurumlarına girib-çıxır, “iş həll edir”. Bu isə “Gülbaxt” skandalının arxasında daha böyük qüvvələrin olduğunu ortaya qoyur. Kimdir bu 3 milyonluq skandalın “xaç atası”? “Gülbaxt” skandalının qurbanları bildirirlər ki, Cavanşir onları bir deputatla eks-deputatın adı ilə hədələyir. Cavanşir “mən bu pulu onlara vermişəm, adamınız varsa gedin onlardan alın” deyir. Eks-deputat dedikdə, ağıla ilk gələn Hüseyn Abdullayev olsa da, Cavanşir arxasında dayananın qusarlı sabiq deputat Xəlilbəy Günəşov olduğunu açıqlayır. Xəlilbəy Günəşov kimdir? Milliyyətcə ləzgi olan Günəşov Xəlilbəy Günəş oğlu 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qusar rayonunun Yuxarı Tahircal kəndindəndir. Bakıda orta məktəbi bitirib, 1974-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnsititutuna daxil olmuş, 1979-cu ildə oranı başa vurub inşaatçı-texnoloq ixtisasına yiyələnmişdir. 2004-cü ildən Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətinin direktorudur. Günəşov Xəlilbəy Bakıda bir sıra çoxmərtəbəli binaların, orta məktəblərin və uşaq bağçalarının tikintisinə rəhbərlik etmişdir. Bibiheybət məscidi, Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsi, Biləcəridəki atıcılıq kompleksi və başqa obyektlər onun bilavasitə rəhbərliyi ilə inşa olunmuşdur. Tərcümeyi halından da göründüyü kimi Xəlilbəy Günəşov tikinti ilə bilavasitə məşğul olan şirkətin rəhbəridir və onun bu məsələdə adının hallanmasının inandırıcılığını artırır. İkinci “arxa” Cavanşirin şok açıqlaması isə deputat Bəxtiyar Əliyevlə bağlıdır. BDU-nin psixologiya kafedrasının müdiri, Milli Məclisin bitərəf deputatı olan B.Əliyevin adı bundan öncə biznes əlaqələrində hallanmasa da, Cavanşir Günəşovun bu məsələdə Bəxtiyar Əliyevlə birlikdə hərəkət etdiyini bildirir. Ayrı-ayrılıqda 300 min manat pul verən iş adamları Cavanşirdən pulunu tələb edəndə, “gedin Milli Məclisə, Bəxtiyar Əliyevdən istəyin” söyləyir. Məsələ bitibmi? Hələlik bir zamanların В«cəbhə bölgəsiВ»ni xatırladan В«GülbaxtВ» daş karxanası ilə bağlı qalmaqal səngimiş kimi görünür. Amma bütün bunlar müvəqqətidir. Çünki DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, karxanada haqqı yeyilən sahibkarlar Cavanşirlə haqq-hesab çürütməyə hazırlaşırlar. Yəni onun əldə etdiyi qələbə müvəqqəti xarakter daşıyır və ona qarşı yeni iddialar səsləndirilə bilər. Məlumatı verən sahibkarlardan biri redaksiyamıza söylədi ki, yenidən Cavanşirin işləkləri ilə əlaqədar hüquq-mühafizə orqanlarına, həmçinin korrupsiyaya qarşı mübarizə idarəsinə müraciətlər olunacaq. Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |