Əsas Səhifə > Hadisə > İKİ VƏZİFƏLİ ŞƏXS İSTEFA ƏRİZƏSİ YAZDI

İKİ VƏZİFƏLİ ŞƏXS İSTEFA ƏRİZƏSİ YAZDI


24-08-2012, 13:04
İKİ VƏZİFƏLİ ŞƏXS İSTEFA ƏRİZƏSİ YAZDI

DÖVLƏT KOMİTƏSİNDƏ PARÇALANMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) iki vəzifəli şəxsi tutduğu postdan istefa verib.

APA-nın məlumatına görə, bunlardan biri Aparat rəhbəri, Ümumi şöbənin müdiri Səfalı Nəzərli, digəri isə Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Elçin Cabbarovdur. Hər iki şəxs öz ərizəsi ilə işdən uzaqlaşıb.

2007-ci ildən DQİDK-də çalışan Səfalı Nəzərlinin 63, Elçin Cabbarovun isə 59 yaşı var. E. Cabbarov həm də DQİDK-nin təsisçisi olduğu “Cəmiyyət və din” qəzetinin baş redaktoru olub.

Xatırladaq ki, bu il mayın 31-də Hidayət Orucov DQİDK-nin sədri vəzifəsindən çıxarılıb, bu vəzifəyə Elşad İskəndərov təyin olunub.

İKİ VƏZİFƏLİ ŞƏXS İSTEFA ƏRİZƏSİ YAZDI


Geri qayıt