Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOV «ARTIQ YORULMUŞAM» DEYİB
MİSİR MƏRDANOV «ARTIQ YORULMUŞAM» DEYİB24-08-2012, 12:14 |
TƏHSİL NAZİRİ YENİ DƏRS İLİNƏ BÖYÜK RUH DÜŞKÜNLÜYÜ İLƏ BAŞLAYIR DİA.AZ: - Bir müddət əvvəl belə bir xəbər yayılmışdı ki, təhsil naziri Misir Mərdanov yeni dərs ilinin başlanğıcında vəzifəsindən alına bilər. Bu barədə DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlardan daxil olan son məlumatlardan isə aydın olur ki, hələ də Misir Mərdanovun nazir postundan alınması məsələsi aktuallığını qoruyub. Amma maraqlıdır ki, bütün bu proseslərdən hali olan TN şefi özünün yaxın çevrəsinə fərqli bir izahat verməkdədir. Məlumatlı qaynağın iddialarına görə, bu barədə söhbət düşərkən nazir öz adamlarına «artıq yorulmuşam, yerimə kimi qoyurlarsa, qoysunlar» şəklində reaksiya verir: «Hətta Misir Mərdanov bununla onu gözləyən aqibətə hazır olduğunu da nümayiş etdirib». Burada bir məsələ də var. Mənbəmiz billdirir ki, bəzi hakimiyyətiçi qruplaşmalar Misir Mərdanovun həbsinə çalışsalar da, buna nail ola bilməyiblər: «Əslində Misir Mərdanovun özü də yaxşı bilir ki, onu heç bir halda həbs etməzlər. Ən azından ona görə ki, bu gün mərhum prezident Heydər Əliyevdən qalma iki keçmiş nazir həbsxanadadır. Və daha bir nazirin qollarının qandallanması iqtidar düşərgəsinin özünü içindən laxlada bilər. Məhz bu əminliyi səbəbindən Misir Mərdanov vəzifədən alınmasının heç də faciə olmayacağını, əksinə onun üçün istirahət etməsinə səbəb olacağını da bildirib». Onu da vurğulayaq ki, Misir Mərdanovun yerinə hakimiyyət içində bir neçə qruplaşma öz kadrını hazırlamaqdadır. Amma ən şanslı namizədlər arasında fərqlənənlər Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin adları çəkilməkdədir. Geri qayıt |