Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCAN MASONLARIN GİROVLUĞUNDADIR

AZƏRBAYCAN MASONLARIN GİROVLUĞUNDADIR


24-08-2012, 10:53
AZƏRBAYCAN MASONLARIN GİROVLUĞUNDADIR

HƏTTA SÜFRƏMİZİN MENYÜSÜNÜ DƏ GİZLİ YƏHUDİ TƏŞKİLATI MÜƏYYƏN EDİR

DİA.AZ: - Azərbaycanın son zamanlar başdan-başa yəhudilərin gizli təşkilatı kimi tanıdığımız və dünyanın yönəticisi kimi təqdim olunan gizli mason təşkilatının simvollarına qərq olması artıq sıradan bir təzahür kimi qəbul olunmaqdadır. Yəni artıq vərdiş etmişik ki, Azərbaycanın «atv» kanalı mason simvolikasını özünün firma nişanı kimi təbliğ etməlidir, paytaxtımız Bakının mərkəzindəki «İçərişəhər» metrostansiyası mason-Azərbaycan qovuşmasının abidəsi kimi diqqətə gəlməlidir və s.

Bu bir faktdır ki, hazırda Azərbaycanı idarə edən qüvvələr mason təşkilatlarının təsiri altındadırlar və bunun da nəticəsində son illərin inşaat arxitekturası da yəhudi-mason ideyalarınıi tərənnüm edən bir vasitəyə çevrilib.

Bu səbəbdən DİA.AZ olaraq Azərbaycandakı mason yuvaları ilə bağlı ardıcıl olaraq materiallar işləmək qərarına gəldik. Və araşdırmalarımız nəticəsində öyrəndik ki, onlar təkcə divarlarımıza üçbucaq, pərgar çəkməklə gündəlik həyatımıza girməyiblər, onlar bu gün hər yerdədirlər və onlar hətta nə yeyəcəyimizi belə müəyyən edirlər.

Məsələn, redaksiyamız tərəfindən aparılan araşdırmalardan aydın olur ki, bu gün masonların yaratdığı müəssisələrdən biri də «Dəvəçi Broyler» Açıq Səhmdar Cəmiyyətinə məxsus «Səba» ticarət nişanıdır. Etiraf olunmalıdır ki, bu gün ərzaq bazarında «Səba»nın toyuqları kifayət qədər populyardır və keyfiyyətli ərzaq ala bilməyən vətəndaşlarımızın əsas seçimi məhz «Səba» olur.

«Səba» toyuqlarınıni isə hansı səviyyədə keyfiyyətə malik olmasını elə bu barədə internet-media vasitəsilə yayılan faktlardan asanlıqla öyrənmək olar.

Maraqlıdır ki, bu gün «Səba» ticarət nişanı da təsadüfi bir ideya kimi ortaya çıxmayıb. Araşdırmalarımız nəticəsində öyrənə bildik ki, «yuxarıların» xeyir-duası ilə ərzaq bazarına nüfuz edən bu ticarət nişanını Bakıdakı gizli mason lojasına kifayət qədər gizli tellər bağlamaqdadır.

«Səba» adına gəlincə isə bu adın da təsadüfi olmadığı aydın olur. Hər halda, keçmiş adı Dəvəçi olan və indiki adı Şabran olan bir rayondakı quşçuluq təsərrüfatının «Səba» adı ilə bazara məhsul çıxarmasını hansısa coğrafi faktorla əlaqələndirmək doğru deyil. Çünki heç bir rabitə mövcud deyil.

Əsas əlaqə isə elə müəyyən etdiyimiz mübhəm çevrələrlədir. Aydın olur ki, əslində «Səba» ticarət nişanının adı müqəddəs kitabımız olan Quranda belə lənətlənən və artıq yoxa çıxmış hesab olunan Səba qovmünün adı ilə bağlıdır. Həmin qövm isə Allahın birliyinə yox, bütlərə, Günəşə sitayiş etməklə, indiki kabbala-mason sivilizasiyasının əsasını təşkil edən bir məzhəbə qulluq edib.

Bu barədə «Qurani-Kərim»də deyilir ki, «Şeytan onları yoldan azdırıb, ona görə də hidayətə qovuşa bilmirlər» («Nəml» surəsi, 24). Onu da bildirək ki, Allahı bir kənara atıb, Günəşə səcdə edən Səba qövmünün masonçuluğa birbaşa aidiyyatının olması ilə bağlı zəngin ədəbiyyat da var.

İndi isə aydın olur ki, Azərbaycan insanları belə bir ideyanın təbliği ilə məşğul olan ticarət nişanının məhsullarını süfrəsinə daxil etməkdədir. Hər halda, bütün bunlar həm milli dövlətçilik və həm də təçhlükəsizliyimiz baxımından olduqca düşündürücü bir məsələdir.

Onu da bildirək ki, «Səba» ticarət nişanının bu gün Şabran rayonunun icra başçısı Novruz Novruzov tərəfindən yönəldildiyi söylənilir. Bu prosesin son aylarda baş tutduğu bildirilir və bu səbəbdən də «Səba»nın tanıdım nişanında dəyişiklik də edilib və emblemdəki Günəş simvolikası çıxarılıb. Amma hətta bunun özü belə heç nəyi dəyişəcək, hansısa əlaqələri siləcək həddə ola bilməz.

Araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq…


AZƏRBAYCAN MASONLARIN GİROVLUĞUNDADIR
* - bu onların yeni ticarət nişanlarıdır. Amma yenə də üfüqdəki günəş məsələnin əsl mahiyyətini diqqətə gətirir...
Geri qayıt