Əsas Səhifə > Güney Press / Manşet > HİNDİSTAN FİRMASINDA ÇİRKLİ İRAN PULLARI

HİNDİSTAN FİRMASINDA ÇİRKLİ İRAN PULLARI


23-08-2012, 18:10
HİNDİSTAN FİRMASINDA ÇİRKLİ İRAN PULLARI

BU SƏBƏBDƏN “VINI İNTERNATIONAL” MMC HƏDƏFƏ ÇEVRİLİB

DİA.AZ: - Məlum olduğu kimi, “Vini İnterneyşnl” MMC-yə məxsus “City Mart” ticarət şəbəkəsinin sertifikatlaşmadan keçməmiş müxtəlif idxal malları satmasına qadağa qoyulub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, laborator analizlər, ticarət şəbəkəsi və anbarlarda yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanıb.

Məlum olub ki, “AL Kabeer” və “Topioca” nişanlı yarımfabrikatlar mikroorqanizimlərin miqdarına görə normativ sənədin tələblərinə cavab vermir. “City Mart” mağazasında aparılan yoxlama zamanı yararlılıq müddəti bitmiş bir sıra süd məhsulları aşkar edilib. Həmçinin müxtəlif xarici ölkələrin istehsalı olan, keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edən uyğunluq və gigiyenik sertifikatları olmadan satılan müxtəlif çeşiddə balıq konservləri, ət və ət məhsulları, müxtəlif nişanlı yarımfabrikatlar, kərə yağları, müxtəlif souslar, süd məhsulları, konservləşdirilmiş və qurudulmuş göbələklər, qənnadı məmulatları və sair ərzaq məhsulları aşkarlanıb. Dövlət dilində üzərində heç bir məlumat olmadığından məhsulların mənşəyi, tərkibi, saxlanma müddəti və s. haqqında istehlakçıların məlumat almaq hüquqları pozulub.

Qeyd edək ki, “Vini İnternational” MMC Hindistan vətəndaşlarına məxsusdur. Amma DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində ortaya ilginc faktlar çıxıb. Məlum olur ki, əslində “Vini İnternational” MMC təsadüfən hədəfə alınmayıb. Məlumatlı dairələrdən daxil olan xəbərə görə, “Vini İnternational” MMC İranın xüsusi xidmət orqanlarına aid olan və İranın çirkli pullarının yuyulduğu ünvan kimi tanınan “Bank of Baku”nun sahibi kimi tanınan Oromi qardaşlarının əsas partnyorlarından biridir və hətta burada ortaqlıq da söz konusudur.

Məlumatı verən qaynaq idda edir ki, bu qeyri-leqal ortaqlıq naməlum səbəblərdən rəsmiləşməsə də, dövlətin müvafiq qurumları aradakı sıcaq əlaqələri təsbit edib və nəticədə “Vini İnternational” MMC hədəfə çebrilib.

Geri qayıt