Əsas Səhifə > Siyasət, Manşet > ZAHİD ORUCUN ÜSTÜNDƏN XƏTT ÇƏKİLİR
ZAHİD ORUCUN ÜSTÜNDƏN XƏTT ÇƏKİLİR23-08-2012, 15:39 |
ƏSGƏR YEMƏYİNİN DADINI BİLMƏYƏN DEPUTAT ÖZÜNÜ CƏNCƏLƏ SALIB DİA.AZ: - Son günlər ordudakı itkilərlə bağlı ölkə mətbuatının gündəmini dolaşan mövzular və bunun fonunda Müdafiə Nazirliyindən tutmuş Hərbi Prokurorluğa qədər böyük qrumların ittiham olunması hakimiyyətin yüksək dairələrində ciddi müzakirələrə səbəb olub. Mətbuatın yeri gəldi, gəlmədi bu məsələnin üstünə getməsi və Azərbaycanın müharibə şəraitində olmasının nəzərə alınmaması narahatçılığın əsas qayəsini təşkil edib. Bütün bunların fonunda bəzi hakimiyyət nümayəndələrinin məsələyə sükutla yanaşaraq səsini çıxarmaması, bəzilərinin isə əksinə hakimiyyətə və dövlətə qarşı maraqlı olan qüvvələrin dəyirmanına su tökməsi narahatlıqla qarşılanıb. DİA.AZ-a daxil olan məlumatlara görə hakimiyyətin yüksək eşelonunda ən böyük qınağa Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Orucun mətbuatda verdiyi açıqlamaları gəlib. Özünün iştirak etmədiyi toplantıda Zahid Orucun zaman-zaman ordu rəhbərdliyini tənqid atəşi altında saxlaması və son günlərin həssas məqamında yenə də sanki orduya qarşı cəmləşən bəzi hərbi ekspertlərlə eyni mövqe sərgiləməsi sinirləri tarıma çəkib. Eyni zamanda Zahid Orucun hakimiyyətə qarşı sərt mövqedə dayanan həmin hərbi ekspertlərlə görüşməsi və onlara yaxın mətbuat orqanlarında tez-tez görünməsi vəziyyəti bir qədər də qəlizləşdirib. Zahid Orucun hazırda tutduğu mövqe əslində ordu rəhbərliyinə qarşı başqa qruplaşma tərəfindən aldığı sifarişi həyata keçirməsi kimi qiymətləndirilib. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, onun müaıini Aydın Mirzəzadə, üzvlər Rəxtiyar Sadıqov, Siyavuş Novruzov və başqaları istənilən vəziyyətdə ordunu dəstəklədikləri halda, hətta digər üzvlər Fərəc Quliyev və Səfər Əbiyevlə münasibətləri o qədər də yaxşı olmayan Əlağa Hüseynov bir kəlmə də olsun Müdafiə Nazirliyinin əleyhinə danışmadığı bir zamanda Zahid Orucun ordunu müdafiə etmək əvəzinə tənqid atəşinə tutması kifayət qədər şübhəli məqamlardan xəbər verməkdədir. Bildirilib ki, Azərbaycan müharibə şəraitindədir və digər tərəfdən də spesifik sahə olan ordunun rəhbəri birbaşa Ali Baş komandandır və deməli Zahid Oruc öz mövqeyi ilə dövləti və onun rəhbərinin siyasətini tənqid etmiş olur. Ən maraqlı fikirlər isə Zahid Orucun ordu haqqında danışmağa haqqının olub olmaması ilə bağlı səslənib. Məlumata görə görüşdə Zahid Orucun əsgərlikdə olmaması xüsusi qabardılıb. Hətta açıq şəkildə «Zahid Oruc nə bilir ki, ordu nədir, əsgər çəkməçinin iyi necə olur, «dedovşina» nəyə deyilir, əsgər yeməyi hansı dadı verir, rütbələr aşağıdan yuxarı hansı ardıcıllıqla gedir, səngərdə güllə səsi necə vıyıldayır» və s. iradlar bildirilib. Sonda Zahid Orucun 93 Saylı Bərdə Seçki Dairəsindən məhz Bərdə hərbi birləşməsinin minlərlə əsgərinin səsi hesabına səs yığaraq seçildiyi və hərbi xidmətdə olmaması xatırlanıb və belə getsə, onun da Gültəkin Hacıbəylinin aqibəti ilə üzləşəcəyi istisna edilməyib. Geri qayıt |