Əsas Səhifə > Siyasət, Manşet > SABIRABADDA PUL ÜSTÜNDƏ ƏLBƏYAXA DAVA
SABIRABADDA PUL ÜSTÜNDƏ ƏLBƏYAXA DAVA18-08-2012, 12:27 |
NAZİM İSMAYILOVUN MÜAVİNLƏRİ BİR-BİRİLƏRİNİ TƏHQİR EDİBLƏR DİA.AZ: - Redaksiyamıza Sabirabad İcra Hakimiyyətini ilə bağlı ilginc bir məlumat daxil olub. DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, rayon icra hakimiyyətinin binasında başçının müavinləri bir-birilərinə girərək, əlbəyaxa olublar. Məlumatda bildirilir ki, İH-da Sosial-İqtisadi şöbənini müdiri Vahid Həsənov, Təhsil-Səhiyyə və Mədəniyyət şöbəsinin müdiri Şahnaz Babayeva, Ümumi şöbənini müdiri Nəsir Mirzəliyev dünən günortadan sohra saat 16.00 radələrində əlbəyaxa olmaları , onların bağıra-bağıra pis söyüşlərini nəinki binanı təmir edən fəhlələr, hətta yaxınlıqdakı mədəniyyət şöbəsindən, poçt və “Sabez”dən də eşdilib. Mənbənin söylədikləri: “Binanın 3-cü mərtəbəsində onların iclas keçirdiyi Şahnaz Babayevanın otağının yanındakı otaqda işləyən fəhlələr deyirlər ki, onlar pul üstündə bir-birilərini təhqir ediblər. İH-dakı Xeyriyyə Fondunun üzvləri olan həmin şəxslər hərəsi özlərinə yaxın adamların ərizələrini keçirmək istəyiblər. Bir müavinin, yəni Vahidin Həsənovun adamlarının sayının Şahnaz Babayevanın adamlarının sayından 2 nəfər çox olması səbəbindən mərəkə qopub”. Məlumatı verən qaynaq iddia edir ki, həmin gün İcra Başçısı Nazim İsmayılov Bakıda olub. Geri qayıt |