Əsas Səhifə > Gündəm, Manşet > DÖVLƏT NEFT ŞİRKƏTİ QARABAĞ QAZİSİNƏ QARŞI

DÖVLƏT NEFT ŞİRKƏTİ QARABAĞ QAZİSİNƏ QARŞI


18-08-2012, 12:26
DÖVLƏT NEFT ŞİRKƏTİ QARABAĞ QAZİSİNƏ QARŞI

RÖVNƏQ ABDULLAYEV FAİQ QULİYEVİN EVİNİ BAŞINA UÇURDUR

DİA.AZ: - ARDNŞ-in həyata keçirdiyi total evyıxma kampaniyası davam edir. Həmin söküntü zamanı evsiz-eşiksiz qalmaq risqi ilə üz-üzə qalanlardan biri də Qarabağ döyüşlərində yaralanıb, 2-ci qrup əlil olan Faiq Firdovsi oğlu Quliyevdir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, 5 il bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevin qeyri-rəsmi icazəsi ilə Binəqədi rayonu ərazisində özünə kiçik daxma tikimiş Qarabağ qazisi qazsız, işıqsız və susuz qalsa belə, ailə-uşağını başına yığmağı bacarıb. Amma dövlət şirkəti həmin evin sökülməsinə icazə almaq məqsədi ilə rayon məhkəməsinə müraciət edib.

Bu barədə redaksiyamızaa danışan Quliyev bildirib ki, o, məsələ ilə bağlı etirazını ARDNŞ-ə çatdırsa da, bunun bir nəticəsi yoxdur. Amma o məsələni bu şəkildə də qoymaq fikrində deyil. Qarabağ qazisi ilk öncə ədaləti Azərbaycan məhkəmələrində axtarmağa çalışacaq. Əgər istəyinə nail ola bilməsə, Avropa Məhkəməsinə müraciət edəcək. Ardından isə 2 yaşlı oğlu və həyat yoldaşı ilə birlikdə demokratik dövlətlərdən birindən sığınacaq istəyəcək.

Qeyd edək ki, Faiq Quliyev bir il bundan əvvəl 10 yaşlı oğlunu itirib. Binəqədi rayonunda iki avtobusun «avtoşluğu» nəticəsində maşınların arasında qalan körpə dünyasını dəyişib.

Geri qayıt